Keçid linkləri

2026, 28 İyul, çərşənbə axşamı, Bakı vaxtı 18:09
Lavrov Sarkisianla görüşür, Yerevan 22 aprel
Lavrov Sarkisianla görüşür, Yerevan 22 aprel

AzadlıqLive - Rusiya planı keçəcəkmi?

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

13:55 22.4.2016

Emin Millinin qaynını buraxdılar

Meydan TV-nin direktoru Emin Millinin qaynı Nazim Ağabəyov 3 il azadlıqdan məhrum edildi və cəza şərti hesab olunaraq, məhkəmə zalından azadlığa buraxıldı.

15:50 22.4.2016

Məbəddə robot rahib peyda olub

Çindəki buddist məbədlərinin birində qeyri-adi rahib – robot rahib peyda olub. 60 santimetr boyu olan robot Syanyer buddist mahnilarını ifa edir, bir az söhbət etməyi bacarır və səs komandalarına tabe olaraq hərəkət edir.

Məbəddə robot rahib peyda olub
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00

16:02 22.4.2016

Çayla mina axıdılır?

Ağdamın Əfətli kəndində aşkarlanan piyada əleyhinə minaların Ermənistan istehsalı olduğu məlum olub.

Bu barədə APA-nın Qarabağ bürosuna ANAMA-nın region üzrə supervayzeri Xaliq Zülfüqarov bildirib.

O qeyd edib ki, ermənilərin Qarqar çayı vasitəsilə axıtdığı minalar otlaq sahələrinə yayılıb: “Tapılan minalar Rusiya istehsalı olan “PM” piyada əleyhinə minaların oxşarıdır. Ermənistan istehsalıdır, partlayış dalaqlı minalardır. Bu minalar ən zəif təzyiqdən belə partlaya bilir. Qarqar çayı boyunca bütün yaşayış məntəqələrinin sakinlərinə məlumat verilib. Ilkin olaraq 5 mina aşkarlamışıq. Yerli sakinlərin məlumatı əsasında hadisə yerinə gələn mütəxəssislərimiz minaları yerindəcə zərərsizləşdirib. Axtarışlarımız davam edir".

Bundan əvvəl Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya məlumat verilmişdi ki, ,Ağdam Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayonun Əfətli kəndi ərazisindən keçən Qarqar çayının sahilindən 3 ədəd “PME-3” markalı piyada əleyhinə mina tapılıb və bu barədə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə məlumat verilib.

17:48 22.4.2016

İlqar Məmmədovla bağlı məhkəmə qərarının elanı gələn həftəyə qaldı...

“Görünür məhkəmə yuxarlarla məslətətləşmək istəyir”

Bunu REAL hərəkatının rəhbərlərindən Natiq Cəfərli İlqar Məmmədovla bağlı məhkəmənin qərarının bir həftə təxirə salınmasını Azadlıq Radiosua şərh edərkən söyləyib.

Davamı

XS
SM
MD
LG