Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:58

İlqar Məmmədovla bağlı məhkəmə qərarının elanı...


Vəkil: "Azadlığa buraxılacağına ümidliyik"
Gözlə

No media source currently available

0:00 0:01:04 0:00

Vəkil: "Azadlığa buraxılacağına ümidliyik"

►Gələn həftəyə qaldı...

Aprelin 22-i Şəki Apellyasiya Məhkəməsi REAL Hərəkatının lideri İlqar Məmmədovun və Müsavat Partiyası sədrinin müavini Tofiq Yaqublunun işinə təkrar baxıb.

Ancaq məhkəmə prosesi başa çatsa da qərarın elan olunması gələn həftəyə saxlanıb. Bu barədə vəkil Cavad Cavadov öz facebook səhifəsində yazıb.

Vəkilləri İlqar Məmmədov və Tofiq Yaqublu ilə bağlı məhkəmə qərarlarının ləğv edilməsini, onlara bəraət verilməsini istəyirdilər.

Vəkil Cavad Cavadov: “Biz ümidliyik ”

“Qaldırdığımız vəsatətlər təmin edildi. 2013-cü ildə İsmayıllıda baş verən hadisələrlə bağlı video görüntülərə baxıldı . O zaman internet resurslarında yayılan informasiyalara baxış oldu. İki nəfər müdafiə tərəfin şahidi dindirildi ”.

Vəkil Cavad Cavadov bunu prosesdən sonra Azadlıq Radiosuna bildirib.

Vəkilin sözlərinə görə, dövlət ittihamçısı İ. Məmmədovla bağlı verilmiş məhkəmə hökmünün qüvvədə qalmasını istəyib:

“Qərarın növbəti həftəyə saxlanması da məhkəmənin hüququdur. Amma biz ümidliyik ki, hər şey yaxşı olacaq”.

İ. Məmmədov təzyiqləri istisina etmir

“Görünür məhkəmə yuxarlarla məslətətləşmək istəyir”

Bunu REAL hərəkatının rəhbərlərindən Natiq Cəfərli İlqar Məmmədovla bağlı məhkəmənin qərarının bir həftə təxirə salınmasını Azadlıq Radiosua şərh edərkən söyləyib.

Vəkil Fuad Ağayev isə deyib ki, qəararın təxirə salınmasından İlqar Məmmədov da narahatlığını dilə gətirib .

Vəkilin sözlərinə görə, İlqar Məmmədov prosesdə deyib ki, bu bir həftədə ona təzyiqlər ola bilr. Ona görə də ictimaiyyətdən bu məsələni diqqətdə saxlamalarını istəyib.

İ.Məmmədovla T.Yaqublu 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar. İlqar Məmmədov 7 Tofiq Yaqublu isə 5 il azadlıqdan məhrum edilib.

Apellyasiya Məhkəməsi hökmü ədalətli saysa da, 2015-ci ilin oktyabrında Ali Məhkəmə kassasiya şikayətinə baxaraq işi təkrar baxılmaq üçün Şəki Apellyasiya Məhkəməsinə göndərmişdi.

2015-ci ilin əvvəlində Avropa Məhkəməsi İ.Məmmədovun şikayətini təmin edərək onun azadlığa buraxılması barədə qərar qəbul edib. AŞ Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

___________________________________________________________

Bunlara da bax:
Emin Millinin qaynına 3 il şərti cəza verildi
«Murad Ədilov özü cinayətin qurbanıdır»

___________________________________________________________

Ötən ilin noyabrında AİHM T.Yaqublunun da şikayətini təmin edib.

İ.Məmmədov və T.Yaqublu ittiham olunmalarını uydurma və siyasi motivli sayırlar.

«Amnesty International» onların hər ikisini vicdan məhbusu elan etmişdi.

Tofiq Yaqublu prezidentin son əfv fərmanı ilə azadlığa çıxıb.
O, da bəraət istəyir.

Buna da bax: "İlqar Məmmədov dərhal azadlığa buraxılmalıdır"

"İlqar Məmmədov dərhal azadlığa buraxılmalıdır"
Gözlə

No media source currently available

0:00 0:03:17 0:00

DİNLƏ: Günün əsas hadisələri AzadlıqLive proqramında (22 aprel)

Lavrov: "Ermənistan Kazan sənədini rədd etməyib"
ReAL sədri İlqar Məmmədovu buraxmaya bilərlərmi?

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (22 aprel)

Meydan TV ətrafında nə baş verir?

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG