Əliyevlər "Panama Papers"də... (detallar, video)
Azadlıq A-live -da: Leyla və Arzu Əliyevaların qızıl mədənlərində payı və əməkhaqlarını ala bilməyən mədən işçiləri, Qarabağ ətrafında indi nə baş verir? Almaniyada "Avropanın islamlaşması"na qarşı hərəkatın lideri məhkəmə qarşısında.
Mətbuat Azadlığı: Azərbaycan 163-cüdür
Son bir ildə dünyada media azadlığında kəskin eniş müşahidə olunub. Türkiyə, Polşa, Tacikistan və Misir kimi ölkələrdə hökumət mediaya məhdudiyyətləri gücləndirib.
Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) aprelin 20-də Ümumdünya Mətbuat Azadlığı İndeksini yayıb.
Azərbaycan 180 ölkə arasında 163-cü yerdə qərarlaşıb. Rusiya 148, Ermənistan 74, Gürcüstan 64-cü yerləri tutub.
Trump, Clinton qalib gəldilər
ABŞ prezidentiyinə namizədlərin Nyu York şəhərində keçirilən praymeriz seçkilərində respublikaçı Donald Trump, demokratların praymeriz seçkisində Hillary Clinton qalib gəlib.
YA BAHALAŞMA, YA DA…
«Azadlıq» qəzeti ölkədəki iqtisadi vəziyyəti ekspertlərlə müzakirə edib.
İqtisadçı Nemət Əliyev qəzetə deyib ki, hazırkı şərtlər daxilində ticarət şəbəkələrinin çoxu fəaliyyətinin dayandıracaq: «Növbəti bahalaşma qapının ağzındadır. Ona görə də, ticarət sistemi rəhbərləri nazirliklərə müraciət edirlər». Media icmalı