BMT Baş Katibi Bakıya gəlir
BMT-nin Baş katibi Ban Ki-Moon aprelin 23-dən 25-dək Qafqazda səfərdə olacaq.
Ban Ki-Moon aprelin 23-24-də Tbilisidə, aprelin 25-də Ermənistanda, daha sonra Azərbaycana gələcək.
Metronun yeni stansiyasından fotolar
Bakı Metropoliteninin yeni bənövşəyi xəttinin «Avtovağzal» və «Memar Əcəmi» stansiyalarının dünən açılışı oldu.
Lukoil prezidenti optimistdir
“Lukoyl” prezidenti Vahid Ələkbərov neftin 50 dollar səviyyəsinə qayıdacağını gözlədiyini bildirib.
Onun sözlərinə görə, bu, ilin sonu və ya gələn ilin əvvəli ola bilər:
“Hətta Doha görüşündən sonra da hər barellə 40-42 dollar qiymətini görürük. Bu, ondan xəbər verir ki, qiymət stabilliyi və artan trend mərhələsinə keçirik”.
Ən güclü pasport hesabatı
Passport İndex 2016 adlı yeni hesabata görə dünyada ən güclü pasport Almaniya və İsveçindir. Bu pasporları daşıyan 157 ölkəyə vizasız gedə bilər.
Finlyandıya, İtaiya, İsveçrə, Fransa, İspaniya , Böyük Britaniya vətəndaşları 156 ölkəyə vizasız gedir.
Siyahıda Rusiya 39-cudur ( 103 ölkə vizasızdır), Ukrayna 46 (84), Qazaxstan 57 (69), Belarus 59 (67), Gürcüstan 60 (66), Azərbaycan 63 (62), Ermənistan 67 (58).