400 miqrant batıb
Qeyri-leqal yolla Avropaya gələn miqrantların gəmisi Aralıq Dənizində qəzaya uğrayıb. BBC-nin məlumatına görə, 400-ə yaxın miqrant batıb. İtaliyaya gələn gəmi Misir sahillərində qəzaya uğrayıb. Ölənlərin əksəriyyəti Somali vətəndaşlarıdır. Hadisənin təfərrüatları müəyyənləşdirilir.
Prezidentin sərəncamı məhkəmədə araşdırılır
Aprelin 18-də ABŞ Ali Məhkəməsində Prezident Barack Obama-nın qanunsuz miqrantların deportasiya olunmamasına dair sərəncamıyla bağlı şifahi arqumentlər dinlənəcək.
Obama həmin sərəncamı 2014-cü ildə imzalayıb, ancaq aşağı instansiya məhkəməsi sərəncamı rədd edib.
Sərəncamda qanunsuz miqrantların deportasiyadan qorunması, uşaqları ABŞ-da doğulmuş xeyli sayda sənədsiz qeyri-vətəndaşlara iş izninin verilməsi nəzərdə tutulur.
Sergey Markov: bu dəfə Qarabağ danışqları uzanmayacaq
Rusiyalı politoloq Sergey Markov Bakıda deyib: "İndi masa üzərində 2011-ci ildə hazırlanan Kazan formulu var. O zaman siyasi iradə olmadığı üçün bu formul həyata keçmədi. Bu formulda müvəqqəti tarixi kompromis nəzərdə tutulur. Plana əsasən əvvəlcə Dağlıq Qarabağətrafındakı rayonlar qaytarılmalıdır. Onların sayı yeddidir. Neçəsinin qaytarılacağı isə danışıqlarda müzakirə olunacaq. Bu, Azərbaycanın qazancıdır. Ola bilər ki, bölgəyə sülhməramlılar yerləşdirilsin. Ən əsası Ermənistan blokadadan çıxacaq, iqtisadiyyatı inkişaf edəcək. Növbəti mərhələdə isə Dağlıq Qarabağın statusunun müəyyənləşməsi və qaçqınların geri qaytarılması məsələləri olacaq. Əsas narazılıq bu sahədə olub. Nə zaman referendum olacaq, referendumadək nə qədər qaçqın hara qaytarılacaq. Bu kim məsələlərdə problem yaranmışdı. Ermənistan deyirdi ki, əgər BMT qətnamələrini, Madrid prinsiplərini əsas gətirirsinizsə, bu o deməkdir ki, referendumun nəticələri əvvəldən müəyyən olunub. Mənim proqnozum belədir ki, danışıqlara tezliklə başlanılacaq və onlar əvvəlki kimi çox uzanmayacaq. Hansısa prinsiplərdə artıq razılaşmaya nail oluna bilər və qaçqınların qaytarılmasına başlanıla bilər”(APA)
5 nəfərin işlədiyi Azərbaycan səfirliyinə 2 min litr pivə?
«2014-cü ilin sonunda Azərbaycanın Kanberradakı səfirliyi yeni il gecəsinə rüsumsuz alkoqollu içki və siqaretlə bağlı inanılmaz bir sifariş verib. Mediaya sızan sənədlər göstərir ki, səfir Rövşən Cəmşidov və mühasib Araz Xasıyev diplomatik statuslarından yararlanaraq, Avstraliya hökumətindən 2 min litr pivə, 1100 litr şərab, 520 litr spirt və 40 min siqaretin rüsumsuz idxalına icazə istəyiblər». Avstraliyanın «The Sydney Morning Herald» qəzetində Richard Baker və Nick McKenzie belə yazır.