Keçid linkləri

2026, 28 İyul, çərşənbə axşamı, Bakı vaxtı 13:00
Lavrov Sarkisianla görüşür, Yerevan 22 aprel
Lavrov Sarkisianla görüşür, Yerevan 22 aprel

AzadlıqLive - Rusiya planı keçəcəkmi?

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

13:37 18.4.2016

Füzulidə «can dərmanı» göbələk axtarışı

Yağışdan sonrakı gün qumsal yamaclarda qeyri-adi göbələk yetişir. Uşaqlı-böyüklü adamlar əllərinə bıçaq, ucu iti dəmir və ya taxta parçası alaraq təpələrə dırmanır. Çoxları, sadəcə, maraq üçün gəlir. Amma yabanı yetişən bu məhsulu yığıb satanlar da var.

Füzulidə «can dərmanı» axtarışı
Gözlə

No media source currently available

0:00 0:03:18 0:00

13:34 18.4.2016

Çində ölüm hökmü çıxarmağa minimal rüşvətin həddi bilindi

Çində ölüm hökmü çıxarmaq üçün minimal rüşvətin və ya dövlət büdcəsinin mənimsənilməsinin minimal həddini müəyyən ediblər. Bu hədd 3 milyon yuandır, yəni təxminən 463 min dollar. Bu qərar Çinin Ali Xalq Məhkəməsi və Ali Xalq Prokurorluğunun birgə sənədində elan olunub.

13:21 18.4.2016

5 nəfərin işlədiyi Azərbaycan səfirliyinə 2 min litr pivə?

«2014-cü ilin sonunda Azərbaycanın Kanberradakı səfirliyi yeni il gecəsinə rüsumsuz alkoqollu içki və siqaretlə bağlı inanılmaz bir sifariş verib. Mediaya sızan sənədlər göstərir ki, səfir Rövşən Cəmşidov və mühasib Araz Xasıyev diplomatik statuslarından yararlanaraq, Avstraliya hökumətindən 2 min litr pivə, 1100 litr şərab, 520 litr spirt və 40 min siqaretin rüsumsuz idxalına icazə istəyiblər». Avstraliyanın «The Sydney Morning Herald» qəzetində Richard Baker və Nick McKenzie belə yazır.

13:08 18.4.2016

Sergey Markov: bu dəfə Qarabağ danışqları uzanmayacaq

Rusiyalı politoloq Sergey Markov Bakıda deyib: "İndi masa üzərində 2011-ci ildə hazırlanan Kazan formulu var. O zaman siyasi iradə olmadığı üçün bu formul həyata keçmədi. Bu formulda müvəqqəti tarixi kompromis nəzərdə tutulur. Plana əsasən əvvəlcə Dağlıq Qarabağətrafındakı rayonlar qaytarılmalıdır. Onların sayı yeddidir. Neçəsinin qaytarılacağı isə danışıqlarda müzakirə olunacaq. Bu, Azərbaycanın qazancıdır. Ola bilər ki, bölgəyə sülhməramlılar yerləşdirilsin. Ən əsası Ermənistan blokadadan çıxacaq, iqtisadiyyatı inkişaf edəcək. Növbəti mərhələdə isə Dağlıq Qarabağın statusunun müəyyənləşməsi və qaçqınların geri qaytarılması məsələləri olacaq. Əsas narazılıq bu sahədə olub. Nə zaman referendum olacaq, referendumadək nə qədər qaçqın hara qaytarılacaq. Bu kim məsələlərdə problem yaranmışdı. Ermənistan deyirdi ki, əgər BMT qətnamələrini, Madrid prinsiplərini əsas gətirirsinizsə, bu o deməkdir ki, referendumun nəticələri əvvəldən müəyyən olunub. Mənim proqnozum belədir ki, danışıqlara tezliklə başlanılacaq və onlar əvvəlki kimi çox uzanmayacaq. Hansısa prinsiplərdə artıq razılaşmaya nail oluna bilər və qaçqınların qaytarılmasına başlanıla bilər”(APA)

Davamı

XS
SM
MD
LG