17 min gənc ali təhsili atıb
Moderin.az saytının xəbərinə görə, deputat Əli Məsimli deyib ki, təhsil haqqını ödəyə bilmədiyi üçün 17 minə yaxın insan ali təhsildən kənarda qalıb. Deputat nə təklif edir?
Nazir: “xaricdə təhsil proqramı dayandırılır"
“Azərbaycanda həyata keçirilən xaricdə təhsil proqramının həyata keçirilməsi dayandırılır. Proqramın yeni formatı hazırlanacaq ”.
Rusiyada səfərdə olan təhsil naziri Mikayıl Cabbarov belə deyib.
Putin nə qədər qazanıb?
Rusiya prezidenti Putin keçən ilki gəlirini açıqlayıb. Onun gəliri 8,9 milyon rubl olub, bu da aya təxminən 10 min dollar edir. Putinin 77 kv metrlik mənzili, 1500 kv metrlik torpaq sahəsi var.
Maşınları Qaz M21 və Nivadır.
Prezidentin gəlir bəynnaməsində deyilir ki, istifadəsində 154 kv metrlik mənzil və qaraj da var.
Azərbaycanlı dünya çempionu erməni rəqbinə qalib gəldi
Türkiyənin Samsun şəhərində Rio-de-Janeyro Olimpiadasına vəsiqə verən turnirdə yarımfinal görüşləri keçirilir.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan boksçusu, 56 kq çəki dərəcəsində mübarizə aparan dünya çempionu Cavid Çələbiyev erməni idmançı Aram Avaqyanla döyüşüb. Erməni rəqibini məğlub edən Çələbiyev finala çıxmaqla yanaşı Rio Olimpiyadasına vəsiqə qazanıb.