Ən çox protokol yazan polislər mükafatlandırılacaq. Amma bir şərtlə...
Bakıda yol polisi əməkdaşları mükafatlandırılacaq. Mükafatı dayanma-durma qaydalarının pozulması ilə bağlı daha çox inzibati protokol yazan polislər alacaq. Aksiya aprelin 15-də başlayıb.
Bu haqda AzadlıqRadiosuna Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vaqif Əsədov məlumat verib.
Onun sözlərinə görə, dayanma-durma, parklanma qaydaları ilə bağlı sürücüləri maarifləndirən, bu qaydaların pozulması ilə bağlı ən çox protokol yazan, həmin protokollardan şikayət edilməyən yol polisiləri pul və başqa hədiyyələrlə mükafatlandırılacaq.
Bu günki AzadlıqLive-da:
Müsəlman dünyasından Azərbaycana dəstək- İslam Əməkdaşlıq Təşkilatının İstanbul Sammiti başa çatdı
5 rayonu qaytarsa... Əvəzində nə istəyəcək? Avrasiya İqtisadi Birliyinə üzvlük?
Bakıda yol polisi əməkdaşları mükafatlandırılacaq. Mükafatı dayanma-durma qaydalarının pozulması ilə bağlı daha çox inzibati protokol yazan polislər alacaq. Aksiya aprelin 15-də başlayıb.
"Kinomuzu dəstəkləyən milyonçu görmədim". "İş adamları da yoxlamalardan qorxur" Rejissor Əlisa Cabbarovla söhbət
Rejissor Əlisa Cabbarov: “İş adamları yoxlamalardan qorxurlar”
“Kinomuzu dəstəkləyən milyonçu görmədim”- rejissorla söhbət axşam saat 8-də Azadlıqlİve-da Radioda
Azərbaycanlı dünya çempionu erməni rəqbinə qalib gəldi
Türkiyənin Samsun şəhərində Rio-de-Janeyro Olimpiadasına vəsiqə verən turnirdə yarımfinal görüşləri keçirilir.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan boksçusu, 56 kq çəki dərəcəsində mübarizə aparan dünya çempionu Cavid Çələbiyev erməni idmançı Aram Avaqyanla döyüşüb. Erməni rəqibini məğlub edən Çələbiyev finala çıxmaqla yanaşı Rio Olimpiyadasına vəsiqə qazanıb.