Keçid linkləri

2025, 30 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:40

AzadlıqLive - Ən çox protokol yazan polisə mükafat. Amma bir şərtlə...

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

16:57 14.4.2016

Putin Qarabağ haqda

"Çox həssas mövzudur. Mən elə gəlir ki, biz bu mövzuya ehtiyatlı yanaşmalıyıq. Bu, çoxdankı münaqişə, çoxdankı problemdir, dondurulmuş vəziyyətdə idi, təssüflər olsun ki, orada qığılcım baş verdi. Biz əlimizdən gələni edəcəyik ki, bu münaqişə həll olunsun, hər iki tərəf üçün məqbul sayılan həll yolu tapılsın. Əlbəttə ki, Dağlıq Qarabağla bağlı uzunmüddətli həlli lazımdır. Bu, istisnasız olaraq siyasi həll yoludur".

O bildirib ki, güzəşt tapılmalıdır: "Bir neçə il əvvəl mənə elə gəlirdi ki, biz hər iki tərəfə sərf edən güzəşti tapmağa yaxınlaşmışıq. Təəssüflər olsun ki, belə deyilmiş. Beynəlxalq strukturlar çərçivəsində və ikitərəfli formatlarda münaqişənin həlli istiqamətində işlərimizi davam etdirəcəyik. Kimin nə deməsindən asılı olmayaraq, Rusiya bu münaqişənin həllində maraqlıdır. Biz həm Azərbaycanla, həm də Ermənistanla əməkdaşlıq edirik."

19:38 14.4.2016

Bakıda uçan bina ilə bağlı hökumət qərar verdi

Bu gün Nazirlər Kabineti martın 28-də 3 və 4-cü mərtəbələri arasında arakəsmənin uçduğu Xətai rayonu, Cavanşir küçəsində 10 saylı, o cümlədən 14 saylı yataqxana binaları ilə bağlı kəskin qəzalı olduğundan həmin yataqxana binaları barədə sərəncam verib.(Bu bina ilə bağlı əvvəlki AzadlıqLive-larda geniş danışmışıq)

Xətai rayon İcra Hakimiyyətinin (İH) şöbə müdiri Zaməddin Əkbərov bildirib ki, Nazirlər Kabinetinin 14 aprel 2016-cı il tarixli 217 saylı sərəncamına əsasən, kəskin qəzalı vəziyyətdə olan bu iki yataqxana binası söküləcək, həmin yataqxanada faktiki yaşayan ailələrin hər birinə dövlət hesabına 45 min manat vəsait veriləcək.

19:49 14.4.2016

Zhirinovski:"Erdoğan daha pisidir"

Zhirinovski Putinə verilən suala cavab verib ki, Erdoğan ,əlbəttə, daha pisidir. O deyib ki, Poroshenkonu saçından tutub, çıxardardı.

Bu gün 12 yaşlı Varya V.Putinə sual verdi ki, Erdoğan və Poroshenko suda batsa idi, onlardan hansını birinci çıxardardı?

20:41 14.4.2016

Bu günki AzadlıqLive-da:

ABŞ Dövlət Departamentinin insan haqları hesabatı və Azərbaycanda reaksiyalar

Arzu Abdullayeva: "Qarabağda yeni müharibə dalğası yaranandan siyasi məhbuslar məsələsində yenə də ləngimə hiss eləyirik”
Gözlə

No media source currently available

0:00 0:00:53 0:00

Əli Kərimli: "Təəccüblənmərəm ki, YAP nümayəndəsi desə ki, bizdə sərbəst toplaşmaq azadlığı var, kim istəsə Əli Kərimlinin evinin qarşısında toplaşa bilər""
Gözlə

No media source currently available

0:00 0:00:54 0:00

Ədliyyə Nazirliyindən Faiq Qurbanov "ABŞ Dövlət Departamentinin insan haqları hesabatındakı tənqidlərlə razı deyiləm"
Gözlə

No media source currently available

0:00 0:00:50 0:00

Rusiya prezidenti Putin ənənəvi "birbaşa xəttdə" Qarabağdan da danışdı

Davamı

XS
SM
MD
LG