Putin deyib ki, Türkiyəni dost ölkə sayır,
Türkiyə xalqını isə dost xalq.Onun sözlərinə görə, problem bəzi siyasətçilərlə bağlıdır
Prezidentdən soruşaydı ki, kürəkəniniz necə milyarder olub?
Rusiyalı bloqqer A.Navalny Twitterdə yazır ki, beynindən dəli bir fikir keçir ki, bu dəqiqə kimsə prezidentdən soruşaydı ki, necə olur ki, sizin gənc kürəkəniniz milyarder olur?
Davutoğlu müsəlman ölkələrini Qarabağ məsələsində ortaq mövqeyə çağırır
”Azərbaycanın işğal altındakı torpaqları məsələsində müştərək mövqe nümayiş etdirməliyik”.
APA-nın Türkiyə müxbiri xəbər verir ki, bu sözləri İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən XIII zirvə toplantısında çıxış edən Türkiyənin baş naziri Ahmet Davutoğlu deyib.
Kobe Bryant NBA-də axırıncı oyununu oynadı
Dünyanın ən azı 2 ən yaxşı basketbolçusundan biri olan Kobe Bryant NBA-da axırıncı oyununu oynayıb. O bu oyunda 60 xalq toplayıb.
Bryant oyundan sonra deyib: "Mamba getdi" (mamba ən sürətli və ən zəhərli Afrika ilanıdır- AzadlıqLive). Bryant-ın 37 yaşı var, o, 20 ildir ki, NBA-da oynayırdı. 5 dəfə NBA çempionu, 2 dəfə olimpiya çempionudur. O, NBA tarixində 3-cü ən çox xal toplayan oyunçudur.