Keçid linkləri

2025, 29 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:06

AzadlıqLive - Ən çox protokol yazan polisə mükafat. Amma bir şərtlə...

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

11:47 14.4.2016

Dövlət Departamenti İnsan haqları hesabatını açıqladı

ABŞ Dövlət Departamenti bildirir ki, Azərbaycan hakimiyyəti söz, sərbəst toplaşma və birləşmə azadlıqlarına məhdudiyyətləri gücləndirib. Bu məhdudiyyətlərə “qorxudulma”, “insan haqları müdafiəçiləri, fəallar, jurnalistlər və onların qohumlarına qarşı güc tətbiqi” daxildir.

11:48 14.4.2016

"Xaricdə təhsil fırıldaqçıları?"

Xaricdə təhsil almaq qərarı verərkən hansı məqamlara diqqət etmək lazımdır? "Xaricdə təhsil fırıldaqçılar"ı kimlərdir?

"Xaricdə təhsil fırıldaqçıları?"
Gözlə

No media source currently available

0:00 0:02:52 0:00

12:03 14.4.2016

Nalbandyan: "Qarabağ heç vaxt Azərbaycanın ola bilməz" - fikri...

Ermənistanın İctimai televiziyasına müsahibəsində xarici işlər naziri E.Nalbandyan deyib ki,

Həll üçün "müxtəlif ideyalar var, ancaq əsas odur ki, "Qarabağ heç Azərbaycanın tərkibində ola bilməz"- fikri bütün sənədlərdə əsas ideya kimi yer alır."

12:20 14.4.2016

Telegram-ı və VKontakte-ni yaradan ilk dəfə "200 ən varlı" siyahısında

Telegram messencerini və «ВКонтакте» sosial şəbəkəsini yaradan Pavel Durov ilk dəfə "Rusiyanın ən varlı 200 adamı" siyahısına düşüb. Forbes jurnalının siyahısında o, 600 milyon dollarlıq sərvətlə 135-ci yerdədir.

Pavel Durov
Pavel Durov

Davamı

XS
SM
MD
LG