Bakıda Formula-1-də Enrique Iglesias və Pharrell Williams oxuyacaq
Bakıda keçiriləcək «Formula-1» üzrə Avropa Qran-prisinin konsert proqramına xaricdən gələcək müğənnilərin adları açıqlanıb.
«Report» xəbər verir ki, konsert proqramında Chris Brown, Enrique Iglesias və Pharrell Williams iştirak edəcək.
Azərbaycanın mövqeyini müdafiə edən Fuad Abbasovu işdən çıxartdılar
Son günlər Qarabağ cəbhəsində baş verən hadisələrlə bağlı Moskva televiziyalarında Azərbaycanın haqlı mövqeyini müdafiə edən jurnalist Fuad Abbasov işdən çıxarılıb.
“Qafqazinfo” xəbər verir ki, F. Abbasov 1997- ci ildən bəri Türkiyənin İxlas Xəbər Agentliyində çalışır. Son 6 ildə isə agentliyin Moskva təmsilçisi kimi fəaliyyət göstərir."Öyrəndiyimə görə işimə Moskvadan gələn tələblə son verilib. " Ətraflı
Sonuncu dəfə Rusiyanın "TVC" telekanalında yayımlanan "Pravo qolosa" da iştirak edib.
İHA agentliyi Fuad Abasovla bağlı açıqlama verir
Qarabağda baş verən son hadisələrlə bağlı Rusiya televiziyalarında Azərbaycanın mövqeyini müdafiə edən jurnalist Fuad Abbasovun Moskvadan gələn göstərişlə işdən çıxarılması ilə bağlı açıqlamasına İHA agentliyi münasibət bildirib.
Agentliyin Xarici xəbərlər departamentinin müdiri Muammer Serhen “Qafqazinfo”ya açıqlamasında F.Abbasovun işdən çıxarıldığını təsdiqləyir, ancaq səbəbini başqa cür izah edir:
“Onunla agentlik arasında anlaşma ləğv edildi. Bizim üçün görüntü önəmlidir. Lakin Fuad Abbasov bizi görüntü ilə təmin edə bilmirdi. Onun Rusiya televiziyalarında çıxışlarından məmnun idik. Həm Türkiyəni, həm də Azərbaycanı, xüsusən də Dağlıq Qarabağ mövzusunda müdafiə edən gözəl çıxışları olub. Lakin işdən çıxarılmasına səbəb video görüntü əksikliyi olub”.
"Bu,1993-cü il deyil ki, 4 Niva ilə Cəbrayılı tutsunlar.."
Ermənistanın "Çorrod İşhanutyun" qəzeti yazır : "İndi 1993-cü il deyil ki, erməni qüvvələri 4 "Niva" maşını ilə Cəbrayılı tutsun..."
"...Rusiya Ermənistana təzyiq edəcək ki, güzəştə getsin. Bu, alınmasa, Rusiya Azərbaycana müasir silah verəcək...Korrupsiyalaşmış Ermənistan hakimiyyəti və oliqarxlar öz milliardlarından orduya bir qəpik də verməyəcək, vəziyyət gərginləşsə, sürətlə öz sərvətlərini ölkədən çıxardacaq". (AzadlıqRadiosunun Erməni xidmətinin hazırladığı mətbuat icmalından)