"Bakı Rusiya sülhməramlısına imkan verməsə... "
Azadlıq A-live-da: Sarkisyan deyir ki, Rusiya sülhməramlılarının gəlməsinə etiraz etmir; Gül Bayramında gül alınmayacaq? istefa verən baş nazirlər
Bryza: "Vaşinqton isə tamaşa edir"
The Washington Post” qəzeti ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Atlantik Şurasının əməkdaşı Matthew Bryza-nın məqaləsini dərc edib.
Qarabağla bağlı Bryza yazır ki, Rusiya intensiv diplomatiya yoluyla durumdan faydalanır, Obama isə onunla ayaqlaşmağa maraq belə göstərmir. Ancaq belə bir biganəlik Kremlə regionda fürsətlər açır. Moskva Azərbaycanın Avrasiya İqtisadi Birliyinə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olması üçün təzyiq göstərir, Ermənistanla gediş-gəlişi qaydalarını asanlaşdırır. "Putin bu yollarla Azərbaycanla Ermənistanı Qərbdən uzaqlaşdırmağa çalışır və gələcək böhranların bünövrəsini qoyur. Vaşinqton isə tamaşa edir”.
«Mən haqlarımın bərpası üçün Tbilisiyə gəlib burada aclıq aksiyasına başlamışam».
Bunu işadamı Dönməz Məmmədov AzadlıqRadiosuna deyib.
O, aprelin 11-də Tbilisiyə gəlib. Oradan da dövlət başçısı İlham Əliyevə və baş prokuror Zakir Qaralova teleqram ünvanlayıb: «Mən teleqramımda da yazdım ki, əgər 2-3 günə nəticə olmasa, özümü Azərbaycanın Gürcüstan səfirliyi önündə yandıracağam».