Neft diktaturaları laxladır
Neftin ucuzlaşması Avrasiyanın keçid ölkələrində ciddi iqtisadi problemlər yaradıb. Rusiya geriləyib, Azərbaycan, Türkmənistan və Qazaxıstan kimi neft dövlətlərində isə valyuta böhranı, büdcə kəsiri yaranıb. Böhran Avrasiyanın qeyri-enerji iqtisadiyyatlarına da yayılıb. Çünki Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan kimi ölkələr pul göndərişləri və miqrant əməyi baxımından Rusiyadan asılıdır.
ABŞ-da mənzillənən «Freedom House» hüquq-müdafiə təşkilatı keçid dövrü ölkələrinə dair açıqladığı illik «Nations in Transit» hesabatında belə yazır.
Braziliya prezidentinin impiçmenti üçün səsvermə olacaq
Konqres komitəsi 38-27 səs çoxluğu ilə, büdcə kəsirini gizlətmək üçün hökumət hesablarını manipulyasiya etməkdə günahlandırılan Dilma Rousseffin impiçmentini tövsiyə edib
Azərbaycan müdafiə nazirliyi: Atəşkəs 100 dəfə pozulub
Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi 100 dəfə pozub.
İsrail Azərbaycana daha çox dron göndərir?
İsraildə çıxan Haaretz qəzeti Meretz partiyası sədrinini ölkənin müdafiə nazirinə yazdığı etiraz məktubuna istinadən bildirir ki, İsrail yaxın günlərdə Azərbaycana “daha çox dron” göndərməyə hazırlaşır.