Cənubi Osetiya Rusiyaya birləşmə referendumu keçirmək istəyir
Cənubi Oİseiya liderliyi bu ilin avqustuna qədər Rusiyanın tərkibinə daxil olmaq barədə referendum keçirməyi planlaşdırır. Bunu Cənubi Osetiyanın lideri Leonid Tibilov Tass agentliyinə deyib.
Azərbaycan Tibb Universitetinə yeni rektor təyin olunub
Bunu lent.az-a Azərbaycan Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova bildirib.
G.Aslanova bildirib ki, təhsil ocağının yeni rəhbəri Gəray Gəraybəylidir. Gəray Gəraybəylini səhiyyə naziri Oqtay Şirəliyev kollektivə təqdim edib.
Gəray Gəraybəyli bu təyinatadək respublikanın baş psixiatrı vəzifəsində çalışıb.
Moskvada Zhirinovsky-yə heykəl qoyulub
Moskvada Liberal-Demokrat partiyanın lideri Vladimir Zhirinovsky-yə heykəl qoyulub. 3 metrlik heykəl Dünya Sivilizasiyalar İnstitutunun həyətində qoyulub. Bu institutu Zhirinovsky təsis edib.
Məşhur heykəltəraş Zurab Tseretelinin düzəltdiyi heykəl Zhirinovsky-nin xoşuna gəlib. Tsereteli isə deyib ki, "bu heykəl Rusiyanı sevən şəxsə qoyulub".
Bu günki AzadlıqLive-da:
Aprelin əvvəlindəki döyüşlərdə həlak olanlar neçə nəfərdir? Rəsmi məlumat 31 nəfərdir, ancaq bunun 93 nəfər olduğunu deyənlər var. Kimə inanaq?
Erməni tərəfi Azərbaycan ordusunu meyitləri təhqir etməkdə günahlandırır, Azərbaycan rəsmi şəkildə bu ittihamı rədd edir.
Roma Papası iyunda Ermənistana, sentyabrda Gürcüstana və Azərbaycana gəlir. Roma Papasının son günlər radikal islahatlar çağırışlarına Bakıda müxtəlif dini icmaların nümayəndələri nə deyir?