Keçid linkləri

2026, 26 İyul, bazar, Bakı vaxtı 15:55

AzadlıqLive - Ən çox protokol yazan polisə mükafat. Amma bir şərtlə...

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

13:37 13.4.2016

İHA agentliyi Fuad Abasovla bağlı açıqlama verir

Qarabağda baş verən son hadisələrlə bağlı Rusiya televiziyalarında Azərbaycanın mövqeyini müdafiə edən jurnalist Fuad Abbasovun Moskvadan gələn göstərişlə işdən çıxarılması ilə bağlı açıqlamasına İHA agentliyi münasibət bildirib.

Agentliyin Xarici xəbərlər departamentinin müdiri Muammer Serhen “Qafqazinfo”ya açıqlamasında F.Abbasovun işdən çıxarıldığını təsdiqləyir, ancaq səbəbini başqa cür izah edir:

“Onunla agentlik arasında anlaşma ləğv edildi. Bizim üçün görüntü önəmlidir. Lakin Fuad Abbasov bizi görüntü ilə təmin edə bilmirdi. Onun Rusiya televiziyalarında çıxışlarından məmnun idik. Həm Türkiyəni, həm də Azərbaycanı, xüsusən də Dağlıq Qarabağ mövzusunda müdafiə edən gözəl çıxışları olub. Lakin işdən çıxarılmasına səbəb video görüntü əksikliyi olub”.

12:19 13.4.2016

Azərbaycanın mövqeyini müdafiə edən Fuad Abbasovu işdən çıxartdılar

Son günlər Qarabağ cəbhəsində baş verən hadisələrlə bağlı Moskva televiziyalarında Azərbaycanın haqlı mövqeyini müdafiə edən jurnalist Fuad Abbasov işdən çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, F. Abbasov 1997- ci ildən bəri Türkiyənin İxlas Xəbər Agentliyində çalışır. Son 6 ildə isə agentliyin Moskva təmsilçisi kimi fəaliyyət göstərir."Öyrəndiyimə görə işimə Moskvadan gələn tələblə son verilib. " Ətraflı

Sonuncu dəfə Rusiyanın "TVC" telekanalında yayımlanan "Pravo qolosa" ​da iştirak edib.

11:53 13.4.2016

Bakıda Formula-1-də Enrique Iglesias və Pharrell Williams oxuyacaq

Bakıda keçiriləcək «Formula-1» üzrə Avropa Qran-prisinin konsert proqramına xaricdən gələcək müğənnilərin adları açıqlanıb.

«Report» xəbər verir ki, konsert proqramında Chris Brown, Enrique Iglesias və Pharrell Williams iştirak edəcək.

11:51 13.4.2016

Təzə rektordan nə deyirlıər?

"Yaxşı rektor olar, psixiatrdır..." Tibb Universitetinin müəllim və tələbələri yeni rektordan-baş psixiatr Gəray Gəraybəylidən gözləntiləri haqqında danışırlar

"Yaxşı rektor olar, psixiatrdır..."
Gözlə

No media source currently available

0:00 0:01:53 0:00

Davamı

XS
SM
MD
LG