Azərbaycan müdafiə nazirliyi: Atəşkəs 100 dəfə pozulub
Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi 100 dəfə pozub.
Braziliya prezidentinin impiçmenti üçün səsvermə olacaq
Konqres komitəsi 38-27 səs çoxluğu ilə, büdcə kəsirini gizlətmək üçün hökumət hesablarını manipulyasiya etməkdə günahlandırılan Dilma Rousseffin impiçmentini tövsiyə edib
Neft diktaturaları laxladır
Neftin ucuzlaşması Avrasiyanın keçid ölkələrində ciddi iqtisadi problemlər yaradıb. Rusiya geriləyib, Azərbaycan, Türkmənistan və Qazaxıstan kimi neft dövlətlərində isə valyuta böhranı, büdcə kəsiri yaranıb. Böhran Avrasiyanın qeyri-enerji iqtisadiyyatlarına da yayılıb. Çünki Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan kimi ölkələr pul göndərişləri və miqrant əməyi baxımından Rusiyadan asılıdır.
ABŞ-da mənzillənən «Freedom House» hüquq-müdafiə təşkilatı keçid dövrü ölkələrinə dair açıqladığı illik «Nations in Transit» hesabatında belə yazır.
Bu günki AzadlıqLive-da:
Aprelin əvvəlindəki döyüşlərdə həlak olanlar neçə nəfərdir? Rəsmi məlumat 31 nəfərdir, ancaq bunun 93 nəfər olduğunu deyənlər var. Kimə inanaq?
Erməni tərəfi Azərbaycan ordusunu meyitləri təhqir etməkdə günahlandırır, Azərbaycan rəsmi şəkildə bu ittihamı rədd edir.
Roma Papası iyunda Ermənistana, sentyabrda Gürcüstana və Azərbaycana gəlir. Roma Papasının son günlər radikal islahatlar çağırışlarına Bakıda müxtəlif dini icmaların nümayəndələri nə deyir?