Keçid linkləri

2026, 25 Oktyabr, bazar, Bakı vaxtı 23:24
Manat
Manat

AzadlıqLive -Manat Bakıya rayonlardan maşınla daşınır?

Ölkədə və dünyada baş verənləri burdan izlə

19:42 29.12.2015

Səməd Seyidov: “Əfv ətrafında hay-küylər ona müsbət yox, mənfi təsir göstərir"

Səməd Seyidov: “Siz təsəvvür edin ki, Azərbaycanın prezidenti humanitar nöqteyi-nəzərdən Leyla Yunusu, Arif Yunusu azadlığa buraxır. Üstündən iki gün keçəndən sonra ABŞ-da Christofer Smith Azərbaycanda insan haqlarının pozulması ilə bağlı layihə təqdim edir”.

“Bu konkret o deməkdir ki, həmin Smith-in qanun layihəsi, cənab Yaqlandın müdaxiləsi Azərbaycanda insan haqları ilə bağlı məsələlərin həllinə yox, Azərbaycanda insan haqları vasitəsilə problemlərin yaradılmasına və ən əsası Azərbaycan prezidentinə, onun müstəqil siyasətinə təsir göstərmək cəhdidir”.

20:41 29.12.2015

Bu günki AzadlıqLive-da:

Əfv sərəncamı niyə gözləntiləri doğrultmadı? Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsin sədri Səməd Seyidov : " hesab edirəm ki, əfv sərəncamı ətrafında təzyiqlər, lazım olmayan hay-küylər ona müsbət yox, mənfi təsir göstərir."

Gözlə

No media source currently available

0:00 0:01:45 0:00
Direct-ə keçid

Puldəyişmə məntəqələri bağlanacaqmı? Manatın axırı necə olacaq? İqtisadçı Samir Əliyev: "Əslində, “üzən məzənnəyə” keçidin elanından sonra manatın məzənnəsini saxlamağın mümkün olmayacağı artıq bəlli idi. Əvvəl də bu fikrimin üzərində dayanmışdım, indi də təkrar edirəm ki, bu gün “üzən məzənnəyə” keçid mümkün deyil. Bu gün baş verənlər devalvasiya, manatı ucuzlaşdırmaq siyasətidir. Manatın ucuzlaşmaqda davam edəcəyini gözləyirəm. Əslində, bu, hökumətin davranışından asılıdır. Əgər neftin qiyməti artmasa və ya hökumət ciddi addımlar atılmasa, ucuzlaşma davam edəcək. " Bəs Bakıda "qara" bazar yaranacaqmı?

Gözlə

No media source currently available

0:00 0:00:44 0:00
Direct-ə keçid

12:41 30.12.2015

«Avtokratik rejimlər, demək olar, cəzasız qaldıqları üçün jurnalistləri təkləyir."

Bunu Washington Post yazır. "Dövlət Departamenti, digər Qərb hökumətləri kimi, jurnalistlər həbs olunanda etiraz bəyanatları ilə çıxış edir, ancaq nadir hallarda hərəkətə keçir. Hətta ABŞ hökumətinin maliyyələşdirdiyi Azad Avropa/AzadlıqRadiosu üçün işləyən azərbaycanlı jurnalist Xədicə İsmayılovanın həbsi zamanı da belə davrandılar. Rezaian-ın azad olunmasını isə Obama administrasiyası bu yay əldə edilmiş nüvə sazişinin bir şərtinə çevirməyə çalışmadı. Nəticədə cənab Rezaian rekord həbs müddəti yaşayır. Prezident Obama, nüvə sazişindən fərqli olaraq, bu məsələni özündən sonra miras kimi buraxmamalıdır».

13:17 30.12.2015

MTN-çinin qara bloknotunda nə yazılmışdı?

«Azadlıq» qəzeti yazır ki, MTN polkovniki İlqar Əliyevin həbsxanada ölümündən sonra kamerada ona məxsus qara bloknot tapılıb:

«Kürdəxanı təcridxanasının rəhbərliyi dərhal bu barədə «yuxarılar»a məlumat verib. Bundan sonra MTN-in yeni rəhbərliyindən bir neçə nəfər təcridxanaya gəlib və həmin bloknotu götürüblər. Bloknotda nə yazıldığı barədə konkret məlumat yoxdur. İlqar Əliyevin intihar etdiyi bildirilir. Rəsmi məlumata görə, o, saxlanıldığı kamerada mələfə ilə özünü asıb. İlqar Əliyev Eldar Mahmudovun yaratdığı şəbəkənin ən önəmli fiqurlarından biri olub. Demək olar ki, şəbəkənin əksər cinayətlərində İlqar Əliyev ən yaxşı halda sifarişçi ilə icraçının arasında vasitəçi rolu oynayıb. Bundan başqa İlqar Əliyev QHT və media sektorunda, o cümlədən siyasi təsisatlarda agentura şəbəkəsinin kuratoru olduğu deyilir. İlqar Əliyevin ölümündən sonra onun kamera yoldaşı olduğu bildirilən Manaf Paşayev adlı dustaq da intihar edib. Başqa bir maraqlı fakt isə Ilqar Əliyevin rəisi Elçin Quliyevin məhz onun ölümündən sonra həbs olunmasıdır. Bütün bunlar isə İlqar Əliyevin ölümü ilə bağlı müxtəlif mülahizələrə səbəb olub».

Davamı

​
XS
SM
MD
LG