Keçid linkləri

2025, 24 Dekabr, çərşənbə, Bakı vaxtı 00:21
Manat
Manat

AzadlıqLive -Manat Bakıya rayonlardan maşınla daşınır?

Ölkədə və dünyada baş verənləri burdan izlə

14:15 28.12.2015

Bakıda Santa Klausların velosiped yürüşü

Azərbaycan Velosiped İdmanı Federasiyası və həvəskarlardan ibarət "Cyclemania" velosiped klubunun təşkilatçılığı ilə paytaxt küçələrində Santa Klausların veloyürüşü keçirilib. Dövlət Bayrağı Meydanından start götürən yürüşdə 100-ə yaxın həvəskar və peşəkar velosipedçi iştirak edib.

Bakı
Bakı

15:27 28.12.2015

Rusiyanın baş nazirinin müavini neftin 20 dollara düşəcəyini istisna etmir

Rusiyanın baş nazirinin müavini Arakady Dvorkovich neftin barrelinin qiymətinin 20-25 dollara düşəcəyini istisna etməyib. O bunu "Rossiya 24" telekanalına deyib.

Ancaq hesab edir ki, bu, uzun müddət qala bilməz.

Dvorkovich deyir ki, "neft bazarında böyük oyun gedir". "Yaxın Şərq ölkələri bazarda paylarını qorumaq üçün neftin belə aşağı qiymətini bir az da saxlamaq istəyirlər". Onun sözlərinə görə, Rusiya dözməlidir.

15:45 28.12.2015

Salvadorun rekordçu futbolçusu öldürüldü

Salvador futbol yığmasında ən çox oyun keçirmiş Alfredo Pacheco paytaxtdan 66 km məsafədə olan benzindoldurma məntəqəsində öldürülüb. Sky News xəbər verir ki, dostları ilə birlikdə olan 33 yaşlı futbolçuya naməlum şəxs yaxınlaşaraq ona bir neçə dəfə atəş açıb.

Yığmada 86 oyun keçirmiş Pacheco 2013-cü ildə futboldan ömürlük uzaqlaşdırılmışdı. O, danışılmış oyunlarda günahkar bilinmişdi.

Bu ayın əvvəlində Honduras yığmasının oyunçusu Parelta da öz yaşadığı şəhərdə güllələndi.

16:51 28.12.2015

Deputat Naqif Həmzəyevin məhkəməsinin vaxtı bilindi

Müsavat Partiyasının Milli Məclisin deputatı Naqif Həmzəyevə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesinin vaxtı məlum olub.

Müsavat Partiyasından APA-ya verilən məlumata görə, iddia ilə bağlı yanvarın 14-də Gəncə şəhərinin Nizami rayon Məhkəməsində hazırlıq iclası keçiriləcək.

Müsavat Partiyası Milli Məclisin üzvü, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər şöbəsinin sədri Naqif Həmzəyevi Məhəmməd Əmin Rəsulzadənin şərəf və ləyaqətini alçaltmaqda günahlandırır.

Davamı

XS
SM
MD
LG