Bu günki AzadlıqLive-da:
İlin yekunları- Milli Şura sədri Cəmil Həsənli 2015-ci ili gözləniləndən də uğursuz sayır.O deyir ki, Qazaxıstanda da yerli pul düşdü, ancaq Azərbaycandan fərqli olaraq orda hökümət ağırlığı əhali ilə böldü
İlin yekunları- Turan informasiya agentliyinin direktoru Mehman Əliyev deyir ki, 2015-ci il bir sözlə, böhran ili oldu.
"Ən böyük təhlükə rayonlardan manatın içi dolu maşınlarla Bakıya daşınmasıdır"
"Ölkədə manata inamsızlıq pik həddə çatdı; Devalvasiyanın 9-cu günü çörək bahalaşdı».Bu haqda «Azadlıq» qəzeti yazır.
Bank sektorundan adının açıqlanmasını istəməyən mənbə qəzetə deyib ki, bu dəqiqə ən böyük təhlükə rayonlardan manatın içi dolu maşınlarla Bakıya daşınmasıdır: «Banklar valyutadəyişmə məntəqələrini və filiallarını dollar ilə təmin etməkdə çətinlik çəkirlər».
Qəzet yazır ki, bir çox banklar, əmanətçilərin pullarını qaytarmır:
«Xarici valyutada olan əmanətlər sahiblərinə hissə-hissə geri ödənilir. Bir çox müştərilərin plastik kartla bankomatdan pul çıxarmaq cəhdi uğursuz olub. Yəni müştərilərə nağd valyuta verilməsində məhdudiyyət var. Bu, nağd valyuta qıtlığı ilə izah edilir. Banklardan bildirildi ki, hansısa məhdudiyyət yoxdur, sadəcə, dollar az olduğundan tez qurtarır. Bankomatda dollarda pul qurtardıqda müştəri növbəti günü gözləməlidir».
Bu günki AzadlıqLive-da:
İlin yekunları - Qarabağ sülh prosesində nələr oldu? Politoloq Elxan Şahinoğlu deyir ki, bu il də Qarabağ üçün itirilmiş il oldu
Mingəçevir Şəhər Polis İdarəsində müəmmalı şəraitdə dünyasını dəyişmiş Bəhruz Hacıyevin ailəsi istintaqdan narazıdır.Atası Dilsuz Hacıyev AzadlıqRadiosuna bildirib ki, oğlunun ölüm səbəbilə bağlı ekspertizanın rəyi də onları qane etməyib
Qarabağ veteranı Vüqar Məmmədov üç uşağı ilə birlikdə yataqxanada yaşayır...Hansı şəraitdə??
"Uğrunda döyüşdüyüm torpaqda ev tikməyə yer tapılmır mənə..."
Qarabağ veteranı Vüqar Məmmədov üç uşağı ilə birlikdə yataqxanada yaşayır...
Hansı şəraitdə?