Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:27
Manat
Manat

AzadlıqLive -Manat Bakıya rayonlardan maşınla daşınır?

Ölkədə və dünyada baş verənləri burdan izlə

18:18 30.12.2015

Dünyada 200 milyon AK var

“The Guardian” qəzeti yazır ki, dünyada təxminən 200 milyon “Kalaşnikov” avtomatı (AK47) var. Yəni bu silahdan hər 35 nəfərə biri düşür.

İki il əvvəl 94 yaşında ölən sovet generalı Mikhail Kalaşnikovun hazırladığı və ilk dəfə Sovet Ordusunda 1948-ci ildə istifadə olunan bu silahın 200-dən çox modeli var.

Silah 30-dan artıq ölkədə istehsal olunur. Ən çox da Çində. Ancaq qanuni yolla istehsal olunan bu silahlar qısa vaxtda qara bazara düşür. Çin bu silahı əsasən Afrikaya satır.

15:23 30.12.2015

Gallup-ın 2015-ci il sorğuları

Gallup 2015-ci ildə özünün 1000-ci sorğusunu hazırladı.

140-dan çox ölkədə insanların rəyini öyrənən Gallup-ın Dünya Sorğuları 2015-ci ildə hansı maraqlı nəticələrə gəldi?

Gallup-ın Real İşsizlik Sorğusuna görə dünyada real işsizlər 32 faizdir.

2015-ci ildə dünyada ən az bəyənilən ölkə Rusiya olub. Ən çox bəyənilən isə ABŞ-dır.

Dünyada 2 milyard qadın öz həyatını neqativ qiymətləndirir. O qədər mənfi ki, bunu yaşamaq uğrunda mübarizə və əzab hesab edirlər.

14:39 30.12.2015

Dünyada bir ildə 69 jurnalist öldürülüb

Jurnalistlərin Müdafiəsi Komitəsinin (Committee to Protect Journalists - CPJ) son hesabatında deyilir ki, 2015-ci ildə bütün dünya boyunca 69 jurnalist peşə fəaliyyəti zamanı həlak olub.

Onlardan 28 nəfəri və ya 40 faizi İslam ekstremistləri tərəfindən öldürülüb.

Bu siyahıyabu ilin 1 yanvarı ilə 23 dekabrı arasında öldürülmüş jurnalistlər daxil edilib. 2014-cü ildə siyahıda 61 jurnalist vardı.

İstintaq başa çatmadığından Rasim Əliyevin adı CPJ-nin siyahısına daxil edilməyib

CPJ-nin hesabatında deyilir ki, 2015-ci ildə öldürülümüş jurnalistlərin sayı arta bilər, çünki daha 26 jurnalistin qətli üzrə araşdırmalar hələ başa çatmayıb.

Azərbaycan jurnalisti Rasim Əliyevin adı hələlik 69 nəfərlik siyahıda təsdiqlənməyib. CPJ-nin saytında bu, “motivi hələlik bilinməyən qətl” kimi qeyd olunub.

13:42 30.12.2015

Azərbaycanda dollar satışına limit qoyuldu

Azərbaycan Mərkəzi Bankından (AMB) ölkədə fəaliyyət göstərən banklara valyuta bazarındakı ajiotajı aradan qaldırmaq üçün məktub daxil olub.

İri kommersiya banklarından birindən “APA-Economics”ə verilən xəbərə görə, AMB banklara valyuta mübadiləsini bərpa etməyi tapşırıb. Lakin məktubda AMB valyuta mübadiləsinə limitin tətbiq edilməsini tövsiyə edib.

Maksimum limit hər nəfərə 1000 dollar səviyyəsində müəyyənləşib.

“Mərkəzi Bank məktubda bildirib ki, bankların xarici valyuta ilə təminatında heç bir problem yaşanmayacaq. Bu addım valyuta bazarında spekulyasiyaların, əhali arasında isə ajiotajın aradan qaldırılmasına hesablanıb”, - deyə mənbə bildirib.

Davamı

XS
SM
MD
LG