Keçid linkləri

2026, 13 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 16:34
U.K. -- Reigning world chess champion Garry Kasparov ponders over his next move 31 October 2000, at the Hammersmith Riverside Studios during the crucial 14th match.
U.K. -- Reigning world chess champion Garry Kasparov ponders over his next move 31 October 2000, at the Hammersmith Riverside Studios during the crucial 14th match.

AzadlıqLive -Azərbaycanlı şahmatda dünya çempionu oldu

Azərbaycanda və dünyada baş verən hadisə və xəbərləri burdan izləyə bilərsiz

17:37 3.11.2015

AŞPA-nın 3 müşahidəçisinin , Dövlət Departamentinin seçki bəyanatlarına reaksiyalar

AŞPA-nın Müşahidə Missiyasının 3 üzvünün fərqli fikir yürütməsi haqda İqbal Ağazadə deyir ki, onlar dairələr üzrə seçki pozuntuları ilə bağlı konkret faktlar ortaya qoysaydılar, bu, daha effektiv olardı:

“Buna oxşar mövqelər əvvəl də olub, Avropa Parlamentində də oxşar mövqelərdə çıxış edən kifayət qədər nümayəndələr var. Hesab edirik ki, Azərbaycanı sevən, Azərbaycanın mövqeyinə, dünyadakı yerinə maraqlı olanlar bu situasiyadan narahatdırlar.

Biz də hökumətdən bu məsələlərdə israrlı, qərarlı, Qərbə inteqrasiya yönümündə siyasi xətt yürütməyi tələb edirik. Hesab edirəm ki, ABŞ Departamenti də narahat olmaqda haqlıdır. Biz ondan da çox narahatıq”.

19:05 3.11.2015

"Azərpoçt" MMC-nin baş direktoru həbs olunub

Hüquq-mühafizə orqanlarından Trend-ə daxil olan məlumata gorə, "Azərpoçt" MMC-nin baş direktoru Qəmbər Bəybalayev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Q.Bəybalayev barəsində artıq həbs qətimkan tədbiri seçilib.

20:37 3.11.2015

Bu günki AzadlıqLive-da:

Özünü yandırmaq istəyən müşahidəçi- "Səhər saat 8-in yarısında məntəqəyə gəldim. 2003-cü ildən bu yana seçkilərdə iştirak etməmişdim. Mərkəzi Seçki Komissiyasının sədri mətbuatda çıxış edirdi ki, obyektiv, Məcəllənin qaydalarına uyğun seçki keçiriləcək. Mən də öyrənmək istədim ki, görüm 2003-cü il seçkilərindən nəylə fərqləncək bu seçkilər? Məntəqədə 229 nəfər səs verdi. Siyahıda da 1308 nəfər seçici vardı. 7 tamamda qapılar bağlandı və səssayma başlandı. Gördüm ki, qutudan 575 bülleten çıxdı. Buna etiraz etdim. Sonra da narazılıq yarandı."

AŞPA-nın 3 müşahidəçisinin, ABŞ Dövlət Departamentinin seçkiyə verdikləri qiymətə Azərbaycanda seçki iştirakçılarının reaksiyaları

12:41 4.11.2015

Elza Seyidcahan: «Dayımı mənə görə işdən çıxardılar»

«Olimpiya çempionları yetişdirən, əməkdar məşqçi, dayım Vahid Məmmədovu mənə görə işdən çıxardılar».

Bəstəkar, müğənni, 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizədliyini vermiş Elza Seyidcahan AzadlıqRadiosuna belə deyir. Deputatlığa namizəd iddia edir ki, seçkilərdə qələbəni o qazansa da, saxtakarlıq nəticəsində qutudan hakim partiyanın namizədi Tahir Süleymanovun adını çıxarıblar. Elza Seyidcahan baş verənlərlə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edib.

Davamı

XS
SM
MD
LG