Keçid linkləri

2026, 12 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 17:36
U.K. -- Reigning world chess champion Garry Kasparov ponders over his next move 31 October 2000, at the Hammersmith Riverside Studios during the crucial 14th match.
U.K. -- Reigning world chess champion Garry Kasparov ponders over his next move 31 October 2000, at the Hammersmith Riverside Studios during the crucial 14th match.

AzadlıqLive -Azərbaycanlı şahmatda dünya çempionu oldu

Azərbaycanda və dünyada baş verən hadisə və xəbərləri burdan izləyə bilərsiz

14:30 4.11.2015

YAP: “ELZA SEYİDCAHAN ŞOU İLƏ SİYASƏTİ QARIŞIQ SALIB”

“Elza Seyidcahanın dediklərini oxumuşuq. Onun iddialarının heç bir əsası yoxdur, yersiz iddialardır. Sadəcə Elza Seyidcahan şou ilə siyasəti qarışıq salıb”. Hakim Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev AzadlıqRadiosuna belə deyib. O, radionun “Partiyanın rəsmi namizədi Tahir Süleymanovu və onun səlahiyyətli nümayəndəsi Etibar Heydərovu saxtakarlıqda, rüşvət təklifində ittiham edən Elza Seyidcahanın dedikləri araşdırılacaqmı?” sualını belə cavablandırıb.

O ki qaldı, deputatlığa namizədin partiyadan çıxarılması haqda deyilənlərə, Hüseyn Paşayevin cavabı belə olub: “Nizamnaməyə görə partiya üzvünün xaric edilməsi rayon təşkilatlarının səlahiyyətindədir. Bununla bağlı qərarı da rayon təşkilatları verə bilər”.

13:29 4.11.2015

İranda KFC mübahisəsi

İran hakimiyyəti Tehranda KFC fastfud restoranını bağlayıb. Belə ki, rəsmilər bunun ABŞ-ın KFC şəbəkəsinin filialı olduğunu bildirib.

İran mediası yazır ki, Halal KFC adlanan restoran noyabrın 1-də Tehranda açılıb, bir gün sonra bağlanıb.

Polis Halal KFC-nin “saxta lisenziya ilə işlədiyini” deyib. Restoran meneceri isə ABŞ şirkəti ilə bağlılığı olmadığını söyləyib.

“Biz Türkiyədəki Halal KFC-nin bir hissəsiyik. Bu, müsəlmanlarındır və hədəf bazarı da müsəlman dövlətləridir,” Abbas Pazuki deyib.

İranın ticarət palatasının başçısı Ali Fazeli də təsdiqləyib ki, restoranın Birləşmiş Ştatlardakı KFC ilə əlaqəsi yoxdur: “Amerikanın heç bur fastfud şirkətinin İranda mağazası yoxdur”

13:10 4.11.2015

Daha bir Rusiya təyyarəsi qəzaya uğrayıb

Cənubi Sudanda Rusiya pilotlarının idarə etdiyi AN-12 yük təyyarəsi Cuba hava limanından qalxandan dərhal sonra qəzaya uğrayıb.

12 nəfər həlak olub, onlardan 5-i təyyarənin rusiyalı ekipajının üzvləridir. 2 nəfər sağ qalıb.

Qərbin sanksiyaları uzandıqca belə qəzalar arta bilər, çünki təyyarə parkı köhnəlir, yeni avadanlıqlar isə gəlmir.Bunları yerli istehsalla əvəz etmək isə həm vaxt aparır, həm də keyfiyyət problemi çıxır.

12:44 4.11.2015

Rusiyada avtobus qəzasında 8 erməni ölüb

Mərkəzi Rusiyada Ermənistan vətəndaşlarını daşıyan avtobusun aşması nəticəsində 8 nəfər həlak olub, daha 30 nəfər xəsarət alıb.

Qəza Tula vilayətinin ərazisində baş verib. Yerli hakimiyyət rəsmiləri bildirirlər ki, içərisində 59 sərnişini olan avtobus Ermənistanın paytaxtı Yerevana gedirdi.

Davamı

XS
SM
MD
LG