Keçid linkləri

2026, 25 İyun, cümə axşamı, Bakı vaxtı 03:21
arxiv fotosu
arxiv fotosu

AzadlıqLive - Dollarla kredit götürənlərə kömək vəd edilir

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

"Manat ən pis puldur"

“Yalan deməyəcəyəm, mən Azərbaycan valyutasının adını bu səhər öyrənmişəm…” Bu sözləri nüfuzlu Bloomberg saytının iqtisadi “Deep Dive” videoproqrmalarının aparıcısı Alix Steel deyib.

Bundan sonra çox qısa videoicmalda Steel bildirir ki, Azərbaycan manatı çoxdan bəridir ki, bir sıra neft ixracatçısı olan ölkələrin zəif valyutaları ilə eyni kateqoriyadadır, lakin indi manat dünyanın ən pis valyutası sayıla bilər.

Azərbaycan manatı bir sıra başqa Qərb medialarının da maliyyə sərlövhələrinə çıxıb.

Müstəntiq vəzifəsindən istefa verən Rüfət Səfərov aclıq aksiyasına başlayıb

AzadlıqRadiosuna açıqlamasında Rüfət Səfərov deyir ki, o, prokurorluq orqanlarında istefa verməsini açıqlayıb kənara çəkilmişdi: «İstefamın başlıca səbəbi ölkədə tüğyan edən hüquqsuzluq, ikinci səbəbi isə atama haqq etmədiyi təqdirdə ona qarşı yönələn təhqiramiz, alçaldıcı hərəkətlər olub. Bundan sonra prokurorluğun 3 əməkdaşı kabinetimə gəlib şəxsi istifadəmdə olan kompüteri, iradəm əleyhinə telefonlarımı əlimdən aldılar. Sonra gəlib evimdə axtarış apardılar».

Bu günki AzadlıqLive-da:

Mərkəzi Bank manatı üzməyə buraxdı- manat üzə bilirmi yoxsa "batacaq"?

Dollarla kredit götürən hansı məzənnə ilə qaytaracaq? - bu sual yenə aktuallaşdı

Gözlə

No media source currently available

0:00 0:01:06 0:00
Direct-ə keçid

MTN polkovniki təcridxanada necə olur ki, özünü asır? Nəzarətçilər hara baxırdı?

Gözlə

No media source currently available

0:00 0:00:45 0:00
Direct-ə keçid

Maşın bazarı da çökür

Son 3 ay ərzində Azərbaycana cəmi 3925 minik avtomobili gətirilib.

Bu, keçən ilin sentyabr-noyabr aylarında idxal olunan minik avtomobillərinin sayından 3 dəfə azdır.

Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, ilin əvvəlindən ölkəyə 25 147 ədəd avtonəqliyat vasitəsi gətirilib. Bunun 22 746-sı minik avtomobilidir.

Son üç ayda Azərbaycana vur-tut 4500 avtomobil gətirilib.

Davamı

XS
SM
MD
LG