Keçid linkləri

2026, 25 İyun, cümə axşamı, Bakı vaxtı 03:20
arxiv fotosu
arxiv fotosu

AzadlıqLive - Dollarla kredit götürənlərə kömək vəd edilir

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

Bakı Nəqliyyat Agentliyi yaradıldı

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərində nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında fərman imzalayıb.

Fərmana görə, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yaradılır. Agentliyin 160 işçisi olacaq. Nəqliyyat Nazirliyinin tabeliyində olan “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Agentliyin tabeliyinə verilir.

Financial Times manatdan yazıb

“Azərbaycan hökumətinin dolların kursunu sabit saxlamaq siyasətindən imtina etməsindən sonra manat çökür” - bunu Financial Times yazır.

“Bu, neftin ucuzlaşmasının iqtisadyyatı tamamilə enerji daşıyıcısından asılı olan ölkələrə necə ağrılı təsir ediyinə dair daha bir nümunədir”.

“Financial Times” yazır ki, Mərkəzi Bank fevralda manatın 34 faizlik devalvasiyasını həyata keçirmişdi. Son ucuzlaşmadan sonra isə manat ilin əvvəlindən bəri az qala iki dəfə dəyərdən düşür.

“Bu, il ərzində ən pis göstərilərə malik olan valyutalardan biridir”.

“Dollar kreditləri hansı məzənnə ilə qaytarılmalıdır?”

İkinci devalvasiya köhnə sualı təzələyir

“Siqaret çəkməyən adam, səhərdən indiyə kimi iki qutu çəkmişəm”. Kompüter mütəxəssisi Əbdül Axundov manatın dollara nisbətən 50 faiz ucuzlaşmasından keçirdiyi şokdan hələ ayılmadığını deyir. Onun iki banka üst-üstə 3 min dollar kredit borcu var və bir ildi nə qədər ödəyirsə də, borc azalmır ki, azalmır: “Mən bir il öncə, manat devalvasiyaya uğramazdan əvvəl kredit göturdum. Manatla istədim, amma dollarla verdilər. O vaxt nə qədər mübahisə elədim ki, “bura Amerika deyil ki, dollarla kredit verirsiz?””

Rejimlə barışmayan müstəntiq

İki gündür ki, sosial şəbəkələrdə Zərdab rayon Prokurorluğunun müstəntiqi Rüfət Səfərovun bəyanatları dolaşır. Müstəntiq dekabrın 20-də səhər saatlarında AzadlıqRadiosuna da zəng vurub. Prokurorluq orqanındakı vəzifəsindən könüllü istefa verdiyini bildirib. O, bu addımını hazırkı rejimə etiraz əlaməti kimi atdığını bildirib.

Rüfət Səfərov hüquq təhsillidir. 2004-cü ilin dekabrından 2011-ci ilin oktyabrına qədər Kənd Təsərrüfatı Nazirliyində baş hüquqşünas kimi fəaliyyət göstərib. 2011-ci ilin oktyabrından Zərdab rayon Prokurorluğunda müstəntiq işləyir.

Müstəntiq (istefa ərizəsini baş prokurora təqdim etmədiyi üçün Rüfət Səfərovu hələ ki, müstəntiq kimi təqdim edirik) deyir, xəbər saytlarında və öz şəxsi Facebook səhifəsində yer alan bəyanatlarından sonra dekabrın 21-də səhər saatlarında ona bir neçə dəfə Zərdab rayon prokuroru zəng vurub və narazılığını bildirib.

Davamı

XS
SM
MD
LG