Bu günki AzadlıqLive-da:
Bir fövqəladə hadisə olanda niyə ictimaiyyət, hətta yerli KİV-lər məlumatsız qalır? Yanğını "Reuters" Azərbaycanın öz mediasından tez və düz verir?
Arif Əliyev: Hətta Rusiya televiziyası yerli medainı qabaqladı....
Eldar Mahmudov həbs olunacaqmı? MTN xofu insanların canından çıxırmı?
Şərq-Qrb Araşdırmalar mərkəzinin rəhbəri Ərəstun Oruclunun cavabı
Prezident dövlət qurumlarına nə tapşırdı?
«Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında» qanununun tətbiqi barədə prezidentinin fərmanında hökumətə və dövlət qurumlarına bir sıra islahatların aparılması tapşırılıb.
KREDİTOR BORCLAR TƏNZİMLƏNƏCƏK
KƏND TƏSƏRRÜFATININ MALİYYƏLƏŞDİRİLMƏSİ ŞƏFFAFLAŞMALIDIR
AZƏRBAYCANIN DÖVLƏT BORCLANMASI ARTACAQ
ÖZƏLLƏŞDİRMƏ VƏ İDARƏETMƏ TƏKMİLLƏŞƏCƏK
ƏMANƏTLƏRİN QORUNMASI MEXANİZMİ
MƏCBURİ KÖÇKÜNLƏRƏ YARDIM MEXANİZMİ TƏKMİLLƏŞƏCƏK
Bəs Gürcüstan?
carnegieeurope.eu saytında Judy Dempsey Monteneqronun NATO-nun 29-cu üzvünə çevriləcəyindən yazır:
«NATO-nun Monteneqronu sıralarına qəbul etmək qərarı regiondakı digər ölkələrə belə bir siqnal göndərir ki, alyans genişlənməyə açıqdır. Ancaq Monteneqro kimi yüksək korrupsiyaya uğramış ölkənin qəbulu həm də mənfi siqnal verir».
«Monteneqroda hüququn aliliyi sahəsində çatışmamazlıqlar, zəif idarəçilik, mediaya artan hücumlar NATO-nun demokratik dəyərlərə sadiqliyini zərbə altında qoyur. Avropa Komissiyası illik hesabatında ölkənin demokratik institutlarının hökumət təzyiqinə necə məruz qalmasından bəhs edirdi. Ancaq bu da NATO-nun qərarına təsir göstərə bilmədi».
«İndi ki, Monteneqronun gələcək təhlükəsizliyini NATO təmin edəcək, bəs Gürcüstanın gələcəyi necə olsun? Gürcüstan illərdir NATO-ya qoşulacağı günü gözləyir. Gürcüstanda bu üzvlüyə böyük dəstək var, baxmayaraq ki, Monteneqroda ictimaiyyətin azı 1/3-i NATO üzvlüyünə qarşı çıxır».
Müəllif Gürcüstanın müdafiə qüvvələrini modernləşdirməsinə, ordu üzərində güclü və şəffaf ictimai nəzarət qurmasına diqqət çəkir. Ölkə korrupsiyanı dəf edib. NATO missiyalarına töhfəsini verib.
Bakıda pulsuz Meksika filmləri
Bakıda Meksika Kinosu Günlərinin açılışı ilə bağlı dekabrın 8-də saat 12:00-da Nizami Kino Mərkəzində “Makario” filmi göstəriləcək.
Dekabrın 9-da saat 12:00-da “Ümid var”, dekabrın 10-da saat 12:00-da “Varislər”, dekabrın 11-də saat 12:00-da isə “Mirvari” bədii filmləri göstəriləcək.
Filmlərin nümayişi dekabrın 11-ə qədər davam edəcək. Giriş sərbəstdir.