Keçid linkləri

2026, 25 İyun, cümə axşamı, Bakı vaxtı 16:35
TV-lər arxiv fotosu
TV-lər arxiv fotosu

AzadlıqLive - Televiziyalarda Azərbaycan dili - Monitorinqin nəticələri

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

14:27 8.12.2015

Yanğını söndürməyə gələn gəminin kapitanı vəfat etdi

Dekabrın 4-də Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün qəza ərazisinə ilk yaxınlaşan “Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri vəfat edib.

Media məlumatlarına görə, son günlərin ağır və gərgin iş rejimi ilə ekstremal şəraitdə yanğınsöndürmə əməliyyatında qəhrəmancasına iştirak edən daxili xidmət polkovnik-leytenantı Kryuçkov Vyaçeslav Sergeyeviç dekabrın7-də xidmətdə olduğu zaman səhhəti qəfil pisləşib. Sabunçu rayonundakı 3 saylı Şəhər xəstəxanasına yerləşdirilən komandir həkimlərin səylərinə baxmayaraq bu gün xəstəxanada ürək çatışmazlığından vəfat edib.

Kryuçkov Vyaçeslav Sergeyeviç 22 mart 1970-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dənizçilik Məktəbini bitirib. 17 sentyabr 1991-ci ildən yanğından mühafizə orqanlarında xidmət edib, 10 noyabr 2008-ci ildən isə “Vixr-9” yanğınsöndürmə gəmisinin kapitanı vəzifəsində çalışıb. İki övladı var.

14:39 8.12.2015

Neftçilərə kompensasiya açıqlandı

“Günəşli” neft yatağının 10-cu platformasında baş vermiş yanğın zamanı orada olan 63 nəfərdən ölənlərin ailələrinə, sağ qalanların isə özlərinə kompensasiya veriləcək.

Dövlət Neft Şirkətinin işçilərə tibbi xidmətin təşkilinə nəzarət şöbəsinin rəisi Fuad Əlizadə ANS-ə müsahibəsində veriləcək təzminatların məbləğini açıqlayıb:

“Maddi yardım verilməsi qaydalarına uyğun olaraq işçi vəfat etdikdə, işçinin ailə üzvlərinin birinə əmək haqının 20 misli qədər təzminat ödənilir. Eyni zamanda vəfat edən işçinin uşağının həddi buluğa, yəni 18 yaşına çatana qədər hər ay əmək haqqının 2,5 misli qədər təzminat ödənilir.

Eləcə də vəfat edən işçinin övladı hər hansı bir ali məktəbdə əyani təhsil alırsa, 23 yaşa çatanadək, əmək haqqının 2,5 misli qədər təzminat ödənilir. Bundan başqa Dövlət Neft Şirkətinin işçiləri həyat sığortası ilə sığortalanıb”.

15:02 8.12.2015

Neftçi ailələrinə ödəniləcək sığorta açıqlanıb

"PASHA Life" tərəfindən "Günəşli" yatağındakı platformada xəsarət alanların ailəsinə ödəniləcək sığorta ödənişlərinin məbləği açıqlanıb.
Bu haqda jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov məlumat verib:“Hesablamalarımıza görə, məsələn, hər biri 600 manat əməkhaqqı almış və kiçik uşaqları olan 3 nəfər 80 min manat həcmində sığorta ödənişi ala biləcək. Bəzi ödənişlər isə 140 min manata çatacaq”.

Nazir deyib ki, hökumət də xəsarət alanlara kompensasiya ödəyəcək.

S.Müslümov deyib ki, SOCAR-ın 63 əməkdaşı, eləcə də “Neft daşları”nda itmiş 3 nəfər əmək müqaviləsi üzrə işləyiblər. Onların Paşa Həyat” şirkəti ilə sığorta müqavilələri olub.

16:31 8.12.2015

Soufan : Azərbaycandan gələn yaraqlılar azı 104 nəfərdir

Nyu Yorkda qərarlaşan Soufan Group təşkilatı Suriyada və İraqda vuruşan xarici yaraqlıların hansı ölkələrdən gəldiyi barədə yeni hesabat yayıb. Hesabatda deyilir ki, rəsmi hesablamaya görə, Azərbaycandan olan yaraqlılar 104 nəfərdən çoxdur. Qeyri-rəsmi məlumatlara görə isə 216 nəfərdir. Ətraflı

Davamı

XS
SM
MD
LG