Bu günki AzadlıqLive-da:
Dəniz platformalarında iş şəraiti necədir? Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı AzadlıqRadiosuna deyir ki, köhnə yataqlarda sovetdən qalma avadanlıqdan istifadə olunduğundan iş şəriatinin yaxşı olmadığı yerlər var.
Neftin qiyməti bir barrelə 40 dollara düşdü, bunun manata təsiri nə olacaq? İqtisadçı Samir Əliyev deyir ki, neftin bu qiymətinə manat hələ dözə bilər. Ancaq 40 dollardan aşağı düşərsə, manatın məzənnəsinə yenidən baxmalı olacaqlar
Suriyada, İraqda İslam Dövləti Qruplaşması və digər ekstremist təşkilatlarında vuruşanlar arasında Azərbaycandan olanlar azı 104 nəfərdir
"Qaydalara əməl etmirik!"
«Görünən budur ki, başımıza gələn faciələrin əsas səbəbi təhlükəsizlik qaydalarına əməl etməməyimizlə bağlıdır». «Yeni Müsavat» qəzetinin əməkdaşı Elşad Paşasoy yazır: «Hər gün ölkədə irili-xırdalı onlarla hadisə baş verir, dünyasını dəyişənlərin statistikası artır. Ancaq diqqətlə araşdıranda görürsən ki, ilkin səbəb... təhlükəsizlik qaydalarına məhəl qoyulmamasıdır».
Müəllif daha sonra son günlərin statistikasına baxır: «7 dekabrda iki faciə baş verib. Mingəçevir şəhərinin 20 yanvar küçəsində təmir işləri aparan «Azərİşıq» MMC-də işləyən İstiqat Yusifovun üzərinə işıq transformatoru düşüb. Xəstəxanaya çatdırılsa da, gec olub.
Həmin gün Abşeronun Saray qəsəbəsində başqa bir faciə yaşanıb. «Azərsu» ASC-nin su anbarında qaynaq işləri aparan Sumqayıt sakini Həbib Qasımovun üzərinə dəmir boru düşüb və o da hadisə yerindəcə ölüb. Təsəvvür edin, işçi elə bir yerdə çalışır ki, üzərinə transformator düşür! Mətbuat icmalı
İlham Əliyev heykəllərə baxıb
Azərbaycan prezidenti İlham Əliyevin Çinə səfəri Sian şəhərindən başlayıb.
AzərTAC xəbər verir ki, İlham Əliyev Sian şəhərində Terrakota Ordusu (yeraltı heykəllər ordusu) Muzeyi ilə tanış olub.
1974-cü ildə kəşf edilən yeraltı heykəllər ordusu dünya tarixinin ən önəmli arxeoloji tapıntılarından hesab olunur. 1977-1985-ci illərdə burada iki dəfə arxeoloji qazıntı işləri aparılıb. Tədqiqatlar nəticəsində boyları 1.83 və 1.93 santimetr arasında dəyişən heykəl əsgərlər aşkarlanıb.
Qazıntı aparılan ərazidən indiyədək təxminən 2000 əsgər heykəli tapılıb. Əfsanəyə görə, terrakota ordusu imperator Qin Shi Huang-ın (e.ə. 260–210) məzarını qoruyurmuş.