Keçid linkləri

2026, 26 May, çərşənbə axşamı, Bakı vaxtı 03:21
Rostovda qəzaya uğrayan təyyarənin qalıqları. 19 mart 2016
Rostovda qəzaya uğrayan təyyarənin qalıqları. 19 mart 2016

Dubay-Rostov təyyarəsi qəzaya düşdü

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

17:02 17.3.2016

Əfvə reaksiyalar:

Müsavat başqanı Arif Hacılı: "İstərdim ki, bütövlükdə siyasi məhbus problemi həll olunsun. Çünki siyasi məhbus probleminin mövcudluğu təkcə məhbuslara, onların yaxınlarına, üzv olduqları təşkilatlara yox, eyni zamanda Azərbaycana problemlər yaradır. Ən azı Azərbaycanın milli maraqlarını nəzərə alaraq ölkədə siyasi məhbus problemini birdəfəlik həll etmək, digər siyasi məhbusların da azadlığa buraxılmasını təmin etmək zəruridir".

17:10 17.3.2016

Kürdlər Suriyanın şimalında federasiya yaratdı

Suriyanın şimalında 3 kürd regionu federasiyanın yaradılmasını elan etdi. Reutersin məlumatına görə, Jazirə, Kobani və Afrina bölgələrinin nümayəndələri Rмеylan şəhərində toplantıda Federasiyanın yaradılmasına səs verib.

17:41 17.3.2016

Avropa Birliyi Ukrayna vətəndaşlarına viza rejimini götürə bilər

Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker bildirib ki, Ukrayna lazımı islahatları keçirdiyinə görə artıq gələn aydan bu ölkəyə qarşı viza rejiminin ləğvini təklif etmək olar. O bunu martın 17-də Brüsseldə deyib.

18:01 17.3.2016

Əfvə reaksiya:

"İntiqam müəllimin səhhəti də yaxşı deyildi, ona görə nigaranıq. Xədicəyə elə də ümid eləmirdik. Ancaq fikirləşirdik ki, İntiqam müəllim 100 faiz olacaq. İlqar Məmmədov haqqında Avropa Məhkəməsinin qərarı vardı. Ancaq fikirləşirik ki, onların da adı gələcək əfv fərmanlarında olacaq”. Bunu AzadlıqRadiosuna hüquq müdafiəçisi Arzu Abdullayeva deyib.

Davamı

XS
SM
MD
LG