Keçid linkləri

2026, 26 May, çərşənbə axşamı, Bakı vaxtı 03:21
Rostovda qəzaya uğrayan təyyarənin qalıqları. 19 mart 2016
Rostovda qəzaya uğrayan təyyarənin qalıqları. 19 mart 2016

Dubay-Rostov təyyarəsi qəzaya düşdü

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

18:12 17.3.2016

Bir ildə nə qədər bahalaşma var?

Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov AzadlıqRadiosuna deyib ki, bu ilin iki ayında əvvəlki ilin eyni dövrünə nəzərən ərzaq məhsulları orta hesabla 14,8%, qeyri-ərzaq malları isə 15,7 faiz bahalaşıb.

18:14 17.3.2016

Ələtdə "azad iqtisadi zona tipli xüsusi iqtisadi zona"yaradılır

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

18:56 17.3.2016

Bayramqabağı Ət bazarı

-“Heyvan bahalanıb, amma ətin qiyməti qalxmayıb”. Ətraflı AzadlıqLive-da Radioda axşam saat 8-də

19:58 17.3.2016

Gömrük Komitəsi Ermənistana qarşı məsələ qaldırır

"İmam bayıldı" - erməni milli mətbəxidir? Hətta adını da səhv yazıblar - "İmam bayAldı". Və yaxud "Tut doşabı"?

Dövlət Gömrük Komitəsinin məlumatında deyilir ki, Komitənin apardığı araşdırmalar nəticəsində Azərbaycanın milli mətbəxinə aid olan bəzi qida məhsullarının Müstəqil Dövlət Birliyi ölkələrinin (MDB) ticarət şəbəkələrində ticari adı və istehsal yeri haqqında məlumatların təhrif olunaraq müvafiq idxalatçılar tərəfindən satışa buraxılması halları müəyyən edilib.

Komitənin açıqlamasında deyilir:“Ölkəmizin milli mətbəxinə xas olan “Tut doşabı” və s. qida məhsullarının, üzərindəki ticarət nişanlarında Ermənistan brendi olduğu, üstəlik istehsal edildiyi Azərbaycan torpaqları - Xankəndi şəhəri, Xocalı rayonu Ermənistan ərazisi kimi göstərilməklə satışa təqdim olunur”. Dövlət Gömrük Komitəsi aidiyyəti qurumların qarşısında məsələ qaldırıb". Həmin malların fotoları burda

Davamı

XS
SM
MD
LG