Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:35

Devalvasiyadan sonra qiymətlərin nə qədər qalxdığı açıqlandı


Novruz yarmarkası, 15 mart
Novruz yarmarkası, 15 mart

►Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlak qiymətləri 11,7 faiz qalxıb.

Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov AzadlıqRadiosuna deyib ki, iki ayda əvvəlki ilin eyni dövrünə nəzərən ərzaq məhsulları orta hesabla 14,8%, qeyri-ərzaq malları isə 15,7 faiz bahalaşıb.

Xidmətlərdə qiymət artımı 4,04 faiz olub.

Fevral ayında yanvara nisbətən inflyasiya 0,4 faiz olub.

Ərzaq və qeyri-ərzaq mallarının qiyməti 0,6 faiz, xidmətlər isə 0,15 faiz bahalaşıb.

İqtisadiyyat Nazirliyi 2016-cı ildə inflyasiyanın 12,1 faiz səviyyəsində olacağı proqnozlaşdır.

Ötən il qiymətlər rəsmən 4 faiz qalxmışdı.

Ötən ilin sonunda Azərbaycanda ikinci devalvasiya olub.

XS
SM
MD
LG