Keçid linkləri

2026, 26 May, çərşənbə axşamı, Bakı vaxtı 00:47
Rostovda qəzaya uğrayan təyyarənin qalıqları. 19 mart 2016
Rostovda qəzaya uğrayan təyyarənin qalıqları. 19 mart 2016

Dubay-Rostov təyyarəsi qəzaya düşdü

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

12:04 17.3.2016

Dollar əsas valyutalara nisbətən ucuzlaşır

Dollar avro və yenə qarşı ucuzlaşıb. Buna səbəb ABŞ-ın Federal Rezerv Sistemi (Fed) çərşənbə günü uçot dərəcəsini dəyişməməsidir - 0.25-0.50 faiz diapazonunda saxlayıb.

13:57 17.3.2016

AZAL Praqa və Milana uçuşları dayandırır

«Azərbaycan Hava Yolları» QSC-nin (AZAL) Praqa və Milan istiqamətində həyata keçirdiyi reyslər sərnişin azlığı üzündən dayandırılıb.

Bunu «Report»a AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.

Daha ətraflı burdan oxuyun

15:06 17.3.2016

"Bu, təxribat idi"

Jurnalist Rauf Mirqədirov həbsini təxribatın nəticəsi sayır: «Bu, düşmən dövlətlərin Azərbaycana qarşı genişmiqyaslı təxribatının tərkib hissəsi idi. Azərbaycanın xüsusi xidmət orqanları, hüquq-mühafizə sistemi təəssüf ki, bilmədən bu oyunda iştirak etdi. Bu tora düşdülər».

15:08 17.3.2016

Əfv sərəncamına siyasi məhbus hesab olunanlar da düşdü

Azərbaycan prezidenti əfv sərəncamı verdi. Siyasi məhbus və vicdan məhbusu hesab olunanlar da siyahıdadır.

Davamı

XS
SM
MD
LG