Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:10

AZAL Praqa və Milana uçuşları dayandırır


AZAL

-

«Azərbaycan Hava Yolları» QSC-nin (AZAL) Praqa və Milan istiqamətində həyata keçirdiyi reyslər sərnişin azlığı üzündən dayandırılıb.

Bunu «Report»a AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.

Mətbuat katibi bildirib ki, sözügedən istiqamətdə reyslər ləğv edilməyib: «Bu reyslərə yaya qədər fasilə verilib. Göstərilən marşrutlar üzrə uçuşlar iyun ayından etibarən bərpa ediləcək. Hazırda bu istiqamətlərə qeyd edilən vaxta bilet almaq mümkün olsa da, uçuşlar yalnız iyundan başlayacaq».

P.Kəsəmənski deyib ki, Milana Bakıdan sonuncu uçuş aprelin 1-də, Praqaya isə martın 30-da həyata keçiriləcək.

Şirkət uçuşları Milana iyunun 10-dan, Praqaya isə iyunun 1-dən bərpa edəcək.

XS
SM
MD
LG