Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 19:43
Rostovda qəzaya uğrayan təyyarənin qalıqları. 19 mart 2016
Rostovda qəzaya uğrayan təyyarənin qalıqları. 19 mart 2016

Dubay-Rostov təyyarəsi qəzaya düşdü

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

13:42 18.3.2016

"Azərbaycanlı Çarli Çaplin" dünya rekordu vurdu

Amerikanın “America’s Got Talent” istedadlar şousunun finalçısı, ABŞ-da yaşayan və işləyən Üzeyir Novruzov yeni rekord vurub. "Azərbaycanlı Çarli Çaplin" kimi məşhur olan sirk ustası 6 metrlik nərdivanda 7 dəqiqə 50 saniyə qalmaqla Guinnes-in rekordlar kitabına düşüb. Rekordun yenilənməsinin təsdiqlənməsi mərasimi Çinin paytaxtı Pekində keçirilib.

13:27 18.3.2016

"İnstagram"da yenilik

Hər ay dünyada 400 milyon fəal istifadəçisi olan «Instagram» yeni funksiyasını işə salacaq.

Bu barədə «The New York Times» yazır. Yenilik bu sosial şəbəkədə foto axını ilə bağlıdır. İndi paylaşılan foto və videoları xronoloji ardıcıllıqla görürüksə, yeni alqoritmlə paylaşımlar maraq dərəcəsinə və reytinqinə görə sıralanacaq.

13:24 18.3.2016

Anar Məmmədli: "Fəaliyyətim hazırki ictimai-siyasi mühitə adekvat olacaq"

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli həbsdən çıxandan sonra AzadlıqRadiosuna deyib ki, “Göstərəcəyim fəaliyyət daha çox hazırkı ictimai-siyasi mühitə adekvat olacaq. Çünki mən həbsxanaya düşən vaxt Azərbaycanda elə bir situasiyaydı ki, indiki qədər qeyri-hökumət təşkilatlarına, vətəndaş cəmiyyətinə təzyiqlər yox idi. Eyni zamanda, hüquqi mühit indikindən xeyli dərəcədə sərbəst idi, məhduduyyətlər o qədər deyildi. Həbsdə olan insanların sayı bu qədər deyildi. Bir az dincələndən sonra həbsxanadakı yoldaşları da düşünməliyik. Onların hüquqlarının müdafiəsi ilə məşğul olmalıyıq”.

13:22 18.3.2016

Əfv olunanlar azadlığa çıxır

NİDA üzvü Məmməd Əzizov azadlıqda. Məmməd Əzizov 2013-cü ildə həbs edilib. O, xuliqanlıqda, narkotik vasitələri qanunsuz saxlamaqda, kütləvi iğtişaşları təşkiletmə və ya belə iğtişaşlara qatılmaqda ittiham olunaraq 7 il 6 ay azadlıqdan məhrum edilmişdi

NİDA üzvü Məmməd Əzizov azadlıqda
Gözlə

No media source currently available

0:00 0:02:01 0:00

Davamı

XS
SM
MD
LG