"Azərbaycan hakimiyyətinə təzyiqi saxlamaq və artırmaq lazımdır"
“Sərhədsiz Reportyorlar” Təşkilatının Şərqi Avropa və Orta Asiya bölümünün rəhbəri Johann Bihr AzadlıqRadiosuna müsahibədə deyir ki, həbsdə azı 4 jurnalist və 3 bloqqerin qaldığını unutmadıqlarını da söyləyir. Onlardan biri də Xədicə İsmayılovadır.
“Məncə, ABŞ və Avropa Birliyi Azərbaycan hakimiyyətinə güclü təzyiqi saxlamalı, digər siyasi məhbusların buraxılmasından ötrü təzyiqi artırmalıdır”.
"Əliyevin güzəşti"
BBC: «Tanınmış fəalların buraxılması xəbəri sürpriz oldu. Bunun bir neçə səbəbi ola bilər. Neftin ucuzlaşması və milli valyutanın dəyərsizləşməsi Azərbaycan iqtisadiyyatına zərbə vurub. Ölkə beynəlxalq ictimaiyyətin tənqid obyektində daha çox qala bilməz. İnsan haqlarına dair tənqidlərin çoxu da elə Qərbdən gəlir».
"Bəzi təhlilçilər bu addıma Əliyevin bu ayın sonunda ABŞ-a mümkün səfəri ərəfəsində bir güzəşt kimi baxırlar".
ABŞ digər məhbusların da azad olunmasına çağırır
ABŞ səfirliyi Dövlət Departamentinin sözçüsü John Kirby-nin açıqlamasını yayıb.
Bu günki Azadlıqlive-da:
Ölkə prezidenti İlham Əliyev 148 məhbusu əfv etdi. AXCP sədri Əli Kərimli deyir ki, "97 siyasi məhbusdan cəmi 14-ü" siyahıya düşdü
Novruzqabağı ət bahalanmayıb, əvvəlki illərdən fərqli olaraq. Ekspert Vahid Məhərrəmov deyir ki, təklif artıb, tələb azalıb. Nisyə ət alan çoxalır...
Rauf Mirqədirov: «Xüsusi xidmət orqanları ...tora düşdü"
3 kürd regionu Suriyanın şimalında federasiya yaratdı