Bərdədə qəzada 12 nəfər yaralanıb
Bərdə rayonunda mikroavtobus qəzaya düşüb. 12 sərnişin yaralanıb.«Report»un xəbərinə görə, hadisə rayonun Gərənə kəndi ərazisində qeydə alınıb.
Dollar krediti - sosial gərginlik
«Yeni Müsavat» qəzetində dollarla kredit götürmüş insanların çətinliklərindən bəhs edən yazı dərc olunub. Həmin məqalədə bildirilir ki, ötən il dekabrın 21-də baş verən devalvasiyadan sonra dollarla krediti olan insanların vəziyyəti bir xeyli çətinləşib. Həmin insanlar indi faktiki iki qat kredit ödəyirlər. Qazancları isə artmayıb: «Banklara gəlincə, bankların da vəziyyəti ağırlaşır. Kreditlərin qaytarılmaması bankları iflic hala sala bilər».Media icmalı
Bu günki AzadlıqLive-da:
Erdoğan: "Azərbaycan qara günün dostu olduğunu göstərdi"
Pulu harda saxlamaq? Bankda? Yoxsa evdə?
Formula 1 ilə müqavilə 10 illiyə bağlanıb... Daş yollar hər il asfaltlanacaq, sonra asfalt söküləcək...
Putin Rusiya qoşunlarını Suriyadan niyə çıxartdı?
Amal Clooney Azadlıq Radiosuna məktub yazıb
Azərbaycan və Türkiyədə sürücülük vəsiqələri qarşılıqlı olaraq tanınacaq
APA-nın məlumatına görə, bu gün Ankarada Türkiyə-Azərbaycan arasındakı Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasından sonra “Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” saziş imzalanıb.