Keçid linkləri

2026, 26 May, çərşənbə axşamı, Bakı vaxtı 10:27

Bərdədə 12 nəfər yaralanıb

Foto illüstrasiya
Foto illüstrasiya

-

Bərdə rayonunda mikroavtobus qəzaya düşüb. 12 sərnişin yaralanıb.

«Report»un xəbərinə görə, hadisə rayonun Gərənə kəndi ərazisində qeydə alınıb.

«VAZ 21015» markalı avtomobillə Gərənə kənd istiqamətində hərəkətdə olan «Ford» markalı mikroavtobus toqquşub. Nəticədə mikroavtobusdakı 16 sərnişindən 12 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Bərdə rayon Polis Şöbəsində (RPŞ) araşdırmalara başlanılıb.

Hadisəyə səbəb kimi «VAZ 21015» markalı avtomobilin dönmə əməliyyatı zamanı yol hərəkəti qaydalarını pozaraq mikroavtobusun hərəkət zolağına çıxması göstərilir.

This item is part of
XS
SM
MD
LG