Keçid linkləri

2026, 24 Avqust, bazar ertəsi, Bakı vaxtı 08:08
Anar Həsənov
Anar Həsənov

AzadlıqLive-"Məlumatın prezidentə çatması blok olunur"

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

-


13:03 15.12.2015

"Assad turları"

Rusiyanın «Megapolis» turizm agentliyi Suriyaya səfərlər təşkil etməyi planlaşdırır. Səyahətçilər vətəndaş müharibəsinin ön cəbhəsinə səfər etmək şansı qazanacaqlar. «Novaya Gazeta» bunu patent şirkətinin rəhbəri Anatoly Aronov-a istinadla yazır.

Aronov deyir ki, «Megapolis» «Assad turları» adının qeydiyyata alınması üçün müraciət edib. 3-4 nəfərlik qrupların səfərləri 4-5 gün çəkəcək və adambaşına təxminən 1500 dollara başa gələcək. Buraya bilet və qalma xərcləri daxildir.

13:13 15.12.2015

Saakashvili-Avakov davası

Ukraynada İslahatlar üzrə Milli Şuranın iclasında yüksək vəzifəli şəxslərin təhqir dolu dava-dalaşı ilə bağlı qalmaqal yaşandığı xəbər verilir.

Ukraynanın “Faktı” saytının xalq deputatı Sergey Leshenko-nun Facebook səhifəsinə istinadən veridiyi məlumata görə, müşavirədə ölkənin daxili işlər naziri Arsen Avakovla Odessa vilayətinin qubernatoru Mixeil Saakashvili arasında qızğın mübahisə düşüb. Sonradan bu mübahisəyə baş nazir Arseniy Yatsenyuk da müdaxilə edib.

“Saakashvili-nin nitqindən sonra nazir Avakov irad tutub ki, qubernatior teleefirdə olduğu qədər alovlu çıxış edə bilməyib. Daha sonra mübahisə başlanıb. Avakov Saakashvili-yə deyib ki, “oğru onun özüdür”. Saakashvili isə deyib ki, “onun olan-qalanı yalnız təmiz adıdır” – yazır millət vəkili Facebook-da.

13:28 15.12.2015

Dünyada 199 jurnalist həbsdədir

2015-ci ildə dünyada 199 jurnalist həbsxanadadır. Keçən il belə jurnalistlərin sayı 221 idi. Bunu CPJ- Jurnalistləri Müdafiə Komitəsi bildirir.

Tutulan jurnalistlərin 109-u internet , 83-ü çap mediası jurnalistidir. Dünyada ən çox həbsdə olan jurnalist Çindədir - 49. İkinci yerdə Misirdir - 23. Hesabatda deyilir ki, Misir prezidenti Abdel Fattah el-Sisi milli təhlükəsizlik adı ilə əks fikri boğur. Vəziyyətin pisləşdiyi ölkələrə misal olaraq Türkiyə göstərilir. Burda bir ildən çox həbsdə olan jurnalistlərin sayı 2 dəfə artıb və 14 olub. Türkmənistanda isə əksinə, bu il heç bir jurnalist həbs olunmayıb.

Hesabatda deyilir ki, jurnalistləri bir qayda olaraq dövlət əleyhinə cinayətlərdə ittiham edib-tuturlar. Ən çox cəza müddəti isə 5 ildir.

Hesabatda istisna kimi 2 jurnalistin işi göstərilir- Xədicə İsmayılovaya 7,5 il həbs cəzası kəsilib, Qırğızıstanda məhkum olunan jurnalist Azimjon Askarova isə ömürlük həbs cəzası verilib. O, polisi öldürməkdə günahkar bilinib.

15:15 15.12.2015

Rusiyadadan pulsuz dönən azərbaycanlılar...

Rusiyada miqrantların öz vətənlərinə pul köçürmələrinin 9 aydakı həcimi açıqlanıb. Açıqlanan rəqəmlərə görə, bu 9 ayda azərbaycanlılar öz ailələrinə 272 milyon manat vəsait köçürüblər. Köçürülmənin ötən ilin eyni dövrü ilə müqayisədə təqribən 50 faiz azaldığı bəlli olur.
Söhbət rəsmi köçürmələrdən gedir.
Ümumilikdə bütün miqrantların öz ölkələrinə pul köçürmələrində 2 dəfə azalma olduğu bildirilir.

Yenicə Rusiyanın Samara şəhərindən dönən Natiq Məmmədov da gəlirlərinin azaldığından şikayətlənir:
“Ötən il Samarda düz bir ay tikinti sektorunda çalışdım. Bütün xərclərimi çıxandan sonra, qayıdanda özümlə 1200 dollar pul gətirmişdim. İndi də 1 həftədir Samaradan qayıtmışam. Düz 2 ay boş yerə günümü keçirdim. Bu dəfə 1 manat da pul gətirə bilmədim. Evdə məndən başqa çalışan yoxdur. Kredit də bir tərəfdən. Nə edəcəyimi bilmirəm”
Natiq Məmmədov deyir ki, Rusiyanın özündə də tikinti işləri azalıb:
“Üstəlik rubl da bu bir ildə xeyli dəyər itirib. Taciklər, özbəklər müəyyən iş tapa bilirlər. Onların əksəriyyəti firmalarda aylıq işə düzəliblər. Bizi isə podratçılar aparır. Podratçılar da bir gözümüzü ağladıb, birin güldürürlər. İxtisar olanda da bizdən başlayırlar”. Ətraflı

Davamı

XS
SM
MD
LG