Keçid linkləri

2026, 24 Avqust, bazar ertəsi, Bakı vaxtı 07:24
Anar Həsənov
Anar Həsənov

AzadlıqLive-"Məlumatın prezidentə çatması blok olunur"

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyin

-


15:51 14.12.2015

Belə kənd təsərrüfatı ili olmur...

Bu il Azərbaycanda «Kənd təsərrüfatı ili» elan olunmuşdu. Görək başa vurmaqda olduğumuz 2015-ci ildə Azərbaycanda kənd təsərrüfatının inkişafına hansı töhfələr verilib? Suallarımıza kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov cavab verir:

- İli sözdə «kənd təsərrüfatı ili» elan etməklə məsələ bitmir. Əvvəlcədən bu işlərə hazırlıq görülməli idi. Strategiya işlənməli, konsepsiya hazırlanmalı idi. Əsas prioritet sahələr müəyyən edilməli idi. Öyrənilməli idi ki, Azərbaycanın hansı regionu hansı sahələrin inkişafı üçün əlverişlidir. Ancaq bu il elə addımlar atıldı ki, elan olunan siyasətlə heç bir uyğunluq təşkil etmədi.

18:02 14.12.2015

İnsan İnkişafına görə, Azərbaycan 78-ci yerdədir

BMT-nin yeni İnsan İnkişafı hesabatı "insan inkişafı üçün iş" adlanır.

Hesabatda deyilir ki, dünyada 830 milyon adam var ki, işləyir, ancaq günə 2 dollardan az qazanır, bu da kasıblıq həddidir. İşləyən qadınlar dünyada orta hesabla kişilərdən 21 faiz az pul alır.

Dünyada 200 milyon adam işsizdir, bunun 74 milyonu gənclərdir. 21 milıyon adam isə məcburi işlədilir.

İnsan inkişafına görə bu ilki siyahıda Azərbaycan 78-ci yerdədir. Gürcüstan 76-cı, İran 69-cudur. Rusiya 50-ci yerdədir. Ermənistan 85-cidir.

20:42 14.12.2015

Bu günki AzadlıqLive-da:

MTN ləğv olunur, yerində Xarici Kəşfiyyat və Dövlət Təhlükəsizliyi Xidmətləri yaradılır

Gözlə

No media source currently available

0:00 0:01:16 0:00
Direct-ə keçid


Rəşid Behbudov - 100. Dekabrın 14-də məşhur müğənnini andılar

2015-ci il kənd təsərrüfatı ili elan olunmuşdu -Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov: "belə kənd təsərrüfatı ili olmur"...

12:59 15.12.2015

Nazirlər Kabinetinin səlahiyyəti azaldılır

İndiyədək Nazirlər Kabinetinin səlahiyyətindəki idxalda əlavə dəyər vergisindən (ƏDV) azadolmaları artıq Vergi Məcəlləsi tənzimləyəcək.

İqtisadçı ekspert Qalib Toğrul deyir ki, bu dəyişikliyədək ehtiyac yaranarkən, hər hansı idxal məhsulunu Nazirlər Kabineti ƏDV-dən azad edə bilirdi: «Bu səlahiyyəti Nazirlər Kabinetinə verən Vergi Məcəlləsinin 164.2-ci maddəsi 2016-ciı il yanvarın 1-dən qüvvədən düşəcək... Parlamentdə müzakirədən və prezident təsdiqləyəndən sonra həmin dəyişiklik Məcəlləyə salınaraq qüvvəyə minəcək».

Davamı

XS
SM
MD
LG