Nardaran: Kalaşnikov avtomatı, döyüş qumbarası
Hüquq-mühaifəz orqanlarındakı mənbələr Virtualaz-a deyiblər ki, "islamçı ekstremistlər DİN əməkdaşlarına “Kalaşnikov” avtomatlarından atəş açıb, həmçinin döyüş qumbaraları atıblar."
"Hüquq-mühafizə orqanları yaxın saatlarda bu hadisələrə dair rəsmi bəyanatla çıxış edəcək."
Həlak olan polisdir
APA da xəbər verir ki, Nardarandan yaralılar Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirliblər.
APA-nın hazırda xəstəxananın qarşısında olan əməkdaşı xəbər verir ki, xəstəxanaya çatdırılan zaman həlak olan şəxs polis əməkdaşıdır. Məlumata görə, hadisə nəticəsində daha bir neçə polis əməkdaşı yaralanıb. Bildirilir ki, əməliyyat zamanı polisə silahlı müqavimət göstərilib.
2 ilahiyyatçı aparılıb
Bu gün ilahiyyatçı Tale Bağırzadədən sonra, İlahiyyatçı Zülfüqar Mikayılzadə də həbs olunub
Bu haqda İslamazeri.az-a məlumat daxil olunub. Məlumata görə, onu yaşadığı ünvandan polis naməlum istiqamətə aparıb. Hazırda həbs olunanların harada olduğu məlum deyil.
Atışma Tale Bağırzadənin evində namaz vaxtı baş verib?
Virtualaz xəbər verir ki, Hacı Tale Bağırzadənin tərəfdarlarının facebookda yaydıqları məlumata görə, atışma bu din xadiminin evində namaz vaxtı baş verib.
Tale Bağırzadəni həbs etmək üçün polislər evə basqın edərkən onun tərəfdarları silah işlədib, bu zaman qarşılıqlı atışma olub.
Sosial şəbəkələrdə Tale Bağırzadənin evindən görüntülər də yayılıb. Kadrlardan görünür ki, evdə və həyətdə qan izləri var.