2003-cü ilin 15 oktyabrını xatırlarkən..
2003-cü il, 15-16 oktyabr.... Bu tarixi xatırlayan hər kəsin beynində bəlli bir mənzərə var: Azadlıq meydanı, yüzlərlə insanın etirazı, çoxsaylı polis qüvvələri, işgəncələr və s. Amerika Azərbaycanlıları Demokratiya Uğrunda (AZAD) təşkilatının vitse-prezidenti Qorxmaz Əsgərov 2003-cü ilin 15 oktybar hadisələrini belə səciyyələndirir: “Demokratik qüvvələrlə hökümət arasında fiziki döyüş oldu və hakimiyyət bu döyüşü uddu.”
Dünyada Din Azadlığı hesabatı çıxdı : Azərbaycanda 52 dustaq
ABŞ dövlət katibi John Kerry 2014-cü il üçün Dünyada Din Azadlığına dair İllik Hesabatı açıqlayıb.Hesabatda əsas diqqət tənqid və tövsiyələrə yox, ölkələr üzrə vəziyyətin və din azadlıqları sahəsində baş vermiş əhəmiyyətli hadisələrin təsvirinə yönəldilib.
Hesabatın Azərbaycana aid bölümündə qeyd olunur ki, hazırda Azərbaycanda siyasi məhbus sayılan 52 dini fəal var.
Bu da qeyd olunur ki, Azərbaycan ötən il razılaşdırılmamış dini toplantılara reydlərini davam etdirib. Belə toplantılardan bəzilərində ilahiyyatçı Səid Nursinin əsərləri qiraət edilirdi.
Gülen hərəkatı ilə əlaqələrdə şübhəli bilinən hökumət rəsmiləri vəzifələrindən kənarlaşdırılıblar
Sənəddə bildirilir ki, dini icmaların qeydiyyatındakı məhdudiyyətlər “qeyri-ənənəvi” din və təriqətləri belə bir imkandan məhrum edir. Belələrinə misal olaraq “Yehovanın Şahidləri” və bir sıra islami qruplar göstərilir.
Yolda inzibati xətalara baxmaq da Ziya Məmmədovdan alındı
Azərbaycan prezidentinin 14 oktyabr 2015-ci il tarixli Fərmanı ilə Nəqliyyat Nazirliyinin inzibati xətalara baxmaqla bağlı xeyli səlahiyyətləri alınaraq Dövlət Yol Polisinə verilib.
Hüquqşünas Ərşad Hüseynov AzadlıqRadiosuna bildirib ki, “Nəqliyyat Nazilriyinin müfəttişləri lisenziyasız fəaliyyət göstərmə, taksi fəaliyyəti üçün lisenziya şərtlərinin və sərnişin daşıma qaydalarının pozulması, ağır yük maşınlarının icazə verilən həddən artıq yük daşıması və s. qayda pozuntuları baş verdikdə sürücünü məsuliyyətə cəlb edirdilər. İndi bu səlahiyyət yol polisinə verilib”.
Ərəblərə görə Azərbaycan vətəndaşı cərimələndi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AzadlıqRadiosuna bildiriblər ki, əcnəbi ölkə vətəndaşlarının bir neçə gün ərzində Azərbaycanda qonaq olmaları və Saatlı rayonunda ov etmələri barədə mətbuatda yayılan məlumatı araşdırıblar:
«Araşdırmalar zamanı məlum olub ki, Vüsal Ağayev adlı şəxs bilavasitə qonaqları müşayiət edib, onların Azərbaycanda gəzintisini, istirahətini və ov etmələrini təşkil edib. Lakin bu şəxs qanuna müvafiq qaydada lisenziya alınması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarına müraciət etməyib». Nazirlikdən bildirirlər ki, Vüsal Ağayev İnzibati Xətalar Məcəlləsinin 111.2 maddəsinə əsasən 18 min 500 manat cərimələnib.