Keçid linkləri

2026, 30 May, şənbə, Bakı vaxtı 21:26
Ankara arxiv fotosu
Ankara arxiv fotosu

AzadlıqLive - Terrorda şübhəli bilinən qadın Azərbaycan vətəndaşıdır

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyə bilərsiz

13:18 14.10.2015

Nazir: maaşlar gələn il artacaq

Azərbaycan vətəndaşları seçkilər öncəsində hökumətin maaşları artırmasına alışsa da, bu dəfə belə olmayıb. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev oktyabrın 13-də Milli Məclisdəki çıxışında maaşların gələn il artırılacağını söyləyib.

Nazir 2016-cı ildə orta aylıq əməkhaqqının 474 manat 50 qəpiyə çatdırılacağını bildirib. Bu il sentyabrın 1-dək olan rəsmi məlumata görə, orta əməkhaqqı 458 manat 90 qəpikdir.

13:50 14.10.2015

İlham Əliyev həbslər barədə

"O mənə bunu çatdırmağa çalışdı ki, təqiblər ölkəni sabitsizləşdirməyə çalışan adamlara görə olub”. Bunu Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün sədri Claire Short İlham Əliyevlə görüşünün məğzini BBC Azərbaycancaya şərh edərkən deyib.

“O regiondakı sabitsizlikdən danışdı və dedi ki, məsələn, “Molotov kokteyli” kimi işlərlə bağlı bəzi adamlar həbs ediliblər” – deyib Claire Short.

Xanım Short müsahibəsində bildirib ki, Azərbaycan prezidentinə belə deyib:“Biz insan haqlarını tətbiq edən qurum deyilik, lakin bizim qaydalarımız, şurada vətəndaş cəmiyyətinin fəaliyyətini tələb edir. Azərbaycandakı bir sıra məhdudiyyətlər isə o deməkdir ki, EITI-dəki vətəndaş cəmiyyəti nümayəndələri sərbəst fəaliyyət göstərə bilmirlər”.

Claire Shortun sözlərinə görə, İlham Əliyev buna cavab olaraq bildirib ki, məhdudiyyətlər Ukrayndakı “Meydan” və regiondakı başqa hadisələrlə əlaqədar tətbiq edilib.

15:08 14.10.2015

Vüqar Bayramov: Gələn il maaş artımına imkan var

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Milli Məclisdə büdcə müzakirəsində maaşların gələn il artırılacağını söyləyib. Nazir 2016-cı ildə orta aylıq əməkhaqqının 474 manat 50 qəpiyə çatdırılacağını da bildirib. Bu il sentyabrın 1-dək olan rəsmi məlumata görə, orta əməkhaqqı 458 manat 90 qəpikdir.

Ancaq nazirin bu optimizmini bir sıra iqtisadçılar bölüşmür. Onların fikrincə, hökumət özünün yaxın 4 il üçün proqnozunda büdcəni artıra bilməyəcəyini bəyan edirsə, maaş artımı məsələsi sual doğurur.

Beləliklə, gələn il maaş artımı mümkündürmü və mümkündürsə, hökümət bunu nəyin hesabına edəcək?

İqtisadçı-alim Vüqar Bayramov bu fikirdədir ki, gələn il dövlət sektorunda çalışanların maaş artımı gözləniləndir, çünki büdcə azalsa da, sosial xərcləri azaltmırlar.

Bəs ola bilərmi ki, maaşları iş yerlərinin ixtisarı hesabına artırsınlar? Yəni iş yerlərinin ixtisarı gözlənilirmi? Vüqar Bayramovla söhbət

Gözlə

No media source currently available

0:00 0:04:39 0:00
Direct-ə keçid


16:48 14.10.2015

Qala kəndindən yoxa çıxan satirik şair

Lənkəranda yaşayan, oktyabrın 13-də Bakının Qala kəndində naməlum şəxslərin oğurladığı bildirilən satirik şair Tofiq Həsənli bir neçə ay öncə AzadlıqLive-a danışırdı, deyirdi ki, hər an tutula bilər.

O, AzadlıqLive-a "Papaq" şerindən bir hissə də oxumuşdu

Gözlə

No media source currently available

0:00 0:06:03 0:00
Direct-ə keçid

Davamı

XS
SM
MD
LG