Keçid linkləri

2026, 30 May, şənbə, Bakı vaxtı 21:25
Ankara arxiv fotosu
Ankara arxiv fotosu

AzadlıqLive - Terrorda şübhəli bilinən qadın Azərbaycan vətəndaşıdır

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyə bilərsiz

18:28 14.10.2015

Keçmiş nazir iqtisadi ekspertdən 50 min manat tələb edir

Yasamal Rayon Məhkəməsi keçmiş maliyyə naziri Fikrət Yusifovun iqtisadçı ekspert, REAL hərəkatının icra katibi Natiq Cəfərliyə qarşı qaldırdığı iddiaya baxır.

Keçmiş nazir hesab edir ki, Natiq Cəfərli öz Facebook səhifəsində onu təhqir edib, şərəf və ləyaqətini alçaldıb. İddiaçı tərəf 50 min manat tələb edir. Natiq Cəfərli Facebook-da nə yazıb?

19:29 14.10.2015

"Dedilər ki, “ekspertizanın bu məsələyə cavabı yoxdur”".

"Göy köynək göstərdilər, dedim oğlumun deyil. Onun əynində qara köynək olub. Dedilər ki, “qara rəng şəkildə göy düşür”. Göstərilən köynəkdə zədə yox idi..."

Avqustun 20-də Mingəçevir şəhər polis şöbəsində ölmüş 27 yaşlı Bəhruz Hacıyevin dalağındakı 5 nöqtə ilə bağlı ekspertiza rəyini atası Dilsuz Hacıyevə təqdim ediblər.

19:30 14.10.2015

"Prezidentin hər şeydən xəbəri varmış"

"Hamı elə bilirdi ki, prezidentin heç nədən xəbəri yoxdur. Prezidentin hər şeydən xəbəri varmış, bizim xəbərimiz yoxmuş. Sadəcə o bilir ki, sözü kimə və nə zaman demək lazımdır."

“Qafqazinfo” xəbər verir ki, bu sözləri millət vəkili Yevda Abramov bugünkü büdcə müzakirələri zamanı səsləndirib.

Deputat qeyd edib ki, əslində prezidentin çıxışından sonra məlum oldu ki, bizim büdcəmiz üç gündür ki, müzakirə olunur: “Büdcəmiz səbirlidir, təmkinlidir, bizə hər şeyi öyrədir. Belə bir şəraitdə bizim dövlətdən bir şey istəməyə haqqımızı yoxdur. Amma elə məsələlər var ki, onları deməliyik. Mən fikir verirəm ki, bu iki gündə bəzi nazirlər heç salam da almırlar. Amma biz sözümüzü kimə deməliyik?

20:38 14.10.2015

Sabahki AzadliqLive-da TV-də:

Dogu Perincek İsvecrə hokumetine qarshi Avropa Mehkemesinde

O seçkidən bu seçkiyə: Nə var və nə yox?

Yaşayış üçün minimum ayda 136 manatdır

Davamı

XS
SM
MD
LG