Keçid linkləri

2026, 31 May, bazar, Bakı vaxtı 01:12
Ankara arxiv fotosu
Ankara arxiv fotosu

AzadlıqLive - Terrorda şübhəli bilinən qadın Azərbaycan vətəndaşıdır

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izləyə bilərsiz

13:12 13.10.2015

«DSK YAP-IN VƏKİLİ KİMİ ÇIXIŞ EDİR»

Namizədliyi qeydə alınan Mikayıl Talıbovun fikrincə, ilk mərhələ göstərir ki, seçki qanunlarla yox, göstərişlərlə idarə olunur: "Mənim namizədliyimi DSK-da qərəzli şəkildə qeydə almadılar. Elə bilirdilər ki, çoxları kimi şikayət etməyəcəyəm. Yaxşı ki, MSK ədalətli qərar çıxartdı. Artıq seçkinin ikinci mərhələsinə başlanıb. İlk gündən qanunları pozurlar. DSK YAP-ın vəkili kimi çıxış edir".

20:47 12.10.2015

Bu günki Azadlıqlİve-da :

İlham Əliyev deyir ki, lisenziyalar, yoxlamalar azaldılmalıdır

9 aya 87 min yeni iş yeri, bəs insanlar niyə işsizlikdən şikayətlənir?

Əkrəm Həsənov: Bu bankın özündən kredit götürən hakim necə öbyektiv ola bilər?

Məşhur satirik Levent Kırca öldü

19:43 12.10.2015

9 aya 87 min yeni iş yeri, bəs adamlar niyə işsizlikdən şikayətlənir?

Azərbaycan prezidenti İlham Əliyev 9 ayın nəticələrinə həsr olunan hökümət iclasında dedi ki, 9 ayda 87 min yeni iş yeri yaradılıb. Azərbaycanda hökümət mütəmadi olaraq yeni iş yerlərinin yardılmasından, özü də kifayət qədər çox, yeni iş yerlərinin yaradılmasından danışır, eyni vaxtda adamlar şikayətlənir ki, iş yoxdur, işsizdirlər. Bu ziddiyyət nədən yaranır?

İqtisadçı ekspert Qadir İbahimli deyir ki, yeni iş yerləri adətən infrastruktur layihələrində, məsələn, yol, körpü tikintisində yaradılır, yəni, körpü tikintisi başa çatan kimi həmin adam iş yerini itirir. Yəni bu iş yerlərinin bir çoxu daimi deyil.

Bəs Azərbaycan prezidenti dedi ki, 87 min yeni iş yerindən 67 mini daimidir? Qadir İbrahimli deyir ki, bir çox yerlərdə ikili mühasibat var. İndi onları məcbur edirlər ki, işçilərini leqallaşdırsınlar. Yeni işçilərin, iş yerlərinin artması faktiki işləyənlərin leqallaşdırılması sayəsində baş verir. Bu baxımdan yeni iş yerləri o qədər də çox deyil.

Bəs belə getsə, gələn il nə olacaq? Dövlət investisiyalarının azalması o deməkdirmi ki, yeni iş yerləri azalacaq? İşsizlik artacaq? Qadir İbrahimlinin fikrincə, özəl sektora mane olunmasa, özəl sektoir kifayət qədər yeni iş yeri yarada bilər.

Gözlə
Embed

No media source currently available

0:00 0:09:30 0:00
Direct-ə keçid


18:18 12.10.2015

Iqtisadiyyat üzrə Nobel mükafatı verildi

2015-ci il iqtisadiyyat üzrə Nobel mükafatı amerikalı iqtisadçı Angus Deatona verilib.

Nobel komitəsinin məlumatına görə, o bu mükafata qeyri-bərabərlik, kasıblıq problemi, təlabat və əhalinin rifahı sahəsindəki işinə görə layiq görülüb.

Davamı

XS
SM
MD
LG