Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:16

Azərbaycanla Türkiyə arasında gediş-gəliş dayandırılır


Əliyev və Ərdoğan, arxiv foto
Əliyev və Ərdoğan, arxiv foto

Türkiyə ilə Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərləri sabah, martın 15-isaat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılacaq.
Bu barədə martın 14-də Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, martın 14-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

“Telefon danışığı əsnasında dövlət başçıları koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə ölkələrimiz tərəfindən görülən tədbirlərə dair məlumat mübadiləsi aparıblar.Prezidentlər koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Türkiyə və Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərlərinin 15 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılması barədə razılığa gəliblər”, məlumatda yazılıb.


Bu gün, martın 14-dən etibarən isə Azərbaycan və Gürcüstan arasında dövlət sərhədi bütün nəqliyyat vasitələri üçün müvəqqəti bağlanıb.
Ona qədər isə fevralın 29-dan etibarən Azərbaycan və İran sərhəddində məhdudlaşdırıcı tədbirlər həyata keçirilməyə başlanmışdı.
İki gün əvvəl, martin 12-də Azərbaycanda koronavirusa yoluxmuş bir şəxsin vəfat etdiyi açıqlanıb. Bu virusa Azərbaycanda yoluxanların sayının 19-a çatdığı bildirilib.Türkiyədə də koronavirusa yoluxanlar var.

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Bir müddət sonra bu virus Azərbaycanın qonşusu - İranda da özünü kəskin şəkildə göstərməyə başlayıb.Bundan sonra bir sıra ölkələr İranla sərhədi bağlayıb. Azərbaycan isə bəzi qonşu ölkələrdən bir qədər gec - yalnız fevralın 29-da iki həftəlik İranla dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar verdiyini açıqlayıb.Bu müddət, sonra da daha 2 həftə uzadılıb. Amma bu qərarın yük maşınlarına aid olmadığı bildirilir.Hazırda əsasən İran və İtaliyadan qayıdan yüzlərcə şəxsin koronavirus şübhəsi ilə Azərbaycanda karantinə alındığı söylənir.
Son bir neçə ayda dünyada bu virusdan 5 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Bu virusdan ölüm hallarına Çindən sonra daha çox İtaliya və İranda rast gəlindiyi vurğulanır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG