Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:31

Azərbaycan və İran sərhədçiləri görüşüb


Azərbaycan və İran sərhədçilərinin görüşü, Astara, 19 yanvar 2020

Bu gün, yanvarın 19-da Azərbaycanın Astara şə­hə­rində Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin və İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı Qasım Rzayinin rəhbərliyi altında iki ölkənin nümayəndə heyət­lərinin işçi görüşü keçirilib.

Bu barədə Azərbaycan Dövlət Sərhəd Xidməti ( DSX) məlumat yayıb.

Məlumatda bildirilib ki, tərəflər sərhəd mühafizə qurumları rəhbərlərinin bilavasitə dövlət sərhədində ənənəyə çevrilmiş işçi görüşlərinin əhəmiyyətini müsbət qiymətləndiriblər.

DSX-nin qeyd etməsinə görə, nümayəndə heyətləri regionda cərəyan edən hadisələr fonunda dövlət sərhədində mövcud əməliyyat şəraitinə dair əhatəli fikir mübadiləsi aparıblar. Habelə bildirilib ki, sərhəd təhlükəsizliyinin təminatı məsələləri, dövlət sər­hə­dindən bu­ra­xılış məntəqələrində etibarlı sərhəd nəzarətinin təşkil edilməsi, transsərhəd cinayətkarlığın təza­hürləri ilə mübarizə üzrə fəaliyyətlərin və əvvəlki görüşlərdə əldə olunmuş razılaşmaların icra­sını nəzərdən keçiriblər.

DSX-nin bildirməsinə görə, görüşdə sər­­həd mühafizə strukturlarının qarşısında duran vəzifələrin effektiv icrası baxımından qarşılıqlı əlaqələndirmənin və əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev (sağ) və İran Sərhəd Qoşunlarının komandanı Qasım Rzayi, 19 yanvar 2020
Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev (sağ) və İran Sərhəd Qoşunlarının komandanı Qasım Rzayi, 19 yanvar 2020

Məlumata görə, tərəflər Azərbaycannın və İranın iştirak etdiyi beynəlxalq əhəmiyyətli nəqliyyat layihələri çərçivəsində sərhəd infrastruk­turu­nun təkmilləşdirilməsi və sərhəd nəzarəti prosedurlarının sürətləndirilməsi məq­sə­dilə həyata keçirilən tədbirləri xüsusi diqqətə çatdırıblar. ““Astara” dəmiryolu buraxılış məntəqəsi-nin, yeni avtomobil yolu və piyada keçidinin tikintisi ilə bağlı aidiyyəti tədbirlərin əlaqələndirilməsi, dövlət sərhədində qanunsuz fəaliyyətlərlə mübarizənin həyata keçirilməsi və məlumat mübadiləsinin təmin edilməsi, Xəzər dənizində qarşılıqlı əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd ediblər. Görüşdə sərhəd mühafizəsi sahəsində qarşılıqlı maraq kəsb edən məsələlər üzrə müzakirələrin aparılması, əməkdaşlığın inkişaf etdiril­məsi məqsədilə işçi görüşlərin davam etdirilməsi barədə razılıq əldə edilob”,DSX məlumatın sonda da bildirib.

Azərbaycanın ərazisinin böyük bir hissəsi İranla sərhəddə yerləşir.Bundan başqa Rusiya, Gürcüstan, Ermənistan və Türkiyə ilə də Azərbaycan qonşudur.

XS
SM
MD
LG