Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:02

Videoların araşdırılmasına çağırışlar edilir


Əsirlərlə davranış: Azərbaycanla Ermənistan bir-birlərini hərbi cinayətdə günahlandırırlar
Gözlə

No media source currently available

0:00 0:03:01 0:00

Azərbaycanla Ermənistan bir-birlərini hərbi cinayətdə günahlandırırlar

"Azərbaycan hakimiyyətinin marağındadır ki, bu məsələni araşdırıb bunun ölkənin siyasəti olmadığını isbat etsin".

Azərbaycan hakimiyyəti erməni hərbi əsirlərin Azəbaycan hərbçiləri tərəfindən güllələnməsini göstərdiyi iddia olunan videonu dərhal araşdırmalıdır.

Bunu Avropa İttifaqı xarici siyasət idarəsinin nümayəndəsi Peter Stano oktyabrın 3-də deyib:

“Biz müvafiq hakimiyyət orqanlarını təcili təhqiqata çağırırıq. Azərbaycan erməni əsgərlərin Azərbaycan əsgərləri tərəfindən edamını göstərən video məsələsini araşdırmalıdır”.

Stanonun sözlərinə görə əgər videonun doğruluğu isbat olunsa, “bu hərbi cinayət və beynəlxalq qanunun açıq pozulmasıdır və belə cinayət pislənməlidir.

Euroobserver saytı yazır ki, Stano eyni zamanda Avropa İttifaqının bu məsələdə öz təhqiqatını aparmaq səlahiyyəti olmadığını deyib.

"Bu Azərbaycan hakimiyyətinin marağındadır ki, bu məsələni araşdırıb bunun ölkənin siyasəti olmadığını isbat etsin”.

Bundan əvvəl Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi elçisi Toivo Klaar oktyabrın 3-də Twitter-də yazmışdı ki, ona azərbaycanlılara qarşı hərbi cinayətlər törədildiyi bildirilən bir neçə video göndərilib.

Bu arada Rusiya Xarici İşlər Nazirliyiniun sözçüsü Mariya Zaxarova oktyabrın 3-də kreçirdiyi brifinqdə Yerevanı və Bakını hərbi əsirlərinm güllələnməsini göstərdiyi iddia olunan videoların təfsilatlı və əsaslı təhqiq olunmasına çağırıb:

Zaxarovanın sözlərinə görə videodakı faktlar isbat olunarsa, günahkarlar məsuliyyətə cəlb edilməlidir:

“Sözü gedən videolarda son dərəcə qəddar kadrlar çoxdur. Beynəlxalq humanitar hüququn bütün pozulma halları ciddi araşdırılmalıdır. Biz Azərbaycan və Ermənistan hakimiyyətlərini bu videoçarxların, o cümlədən hərbi cinayət əlamətlərinin aşkar edilməsi məqsadilə hərtərəfli və dərin təhlilinə çağırırıq. Bu faktların isbat olunduğu təqdirdə təqsirkarlar qanunun bütün sərtliyi ilə məsuliyyətə cəlb olunmalıdırlar””.

Azərbaycanla Ermənistandan videolarla bağlı qarşılıqlı ittihamlar

Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi elçisi Toivo Klaar bu gün – oktyabrın 3-də Twitter-də yazıb ki, ona azərbaycanlılara qarşı hərbi cinayətlər törədildiyi bildirilən bir neçə video göndərilib.

Onun sözlərinə görə, “bu araşdırılmalıdır və video həqiqidirsə, cinayəti törədənlər məsuliyyətə cəlb olunmalıdır”.

“Münaqişə hər iki tərəfdə dərin yaralar buraxıb və sağalmaqdan ötrü məsuliyyət tələb olunur”, – Klaar yazıb.

+++

Oktyabrın 2-də sosial şəbəkələrdə Azərbaycan və Ermənistan əsgərlərinin güllələndiyi, meyitlərin təhqir olunduğu iddia edilən görüntülərin yer aldığı videolar yayılıb.

Bu videoların birində Ermənistan əsgərlərinin hərbi postunu Azərbaycan əsgərlərinin tutmasına və onların güllələnməsinə aid olduğu iddia edilən görüntülər yer alır.

Digər bir videoda isə bir qrup hərbçi və mülki şəxs əyinlərində hərbi və mülki forma olan meyidləri təhqir edir.

İddia olunur ki, ölmüş hərbçi və mülkilər azərbaycanlılardır, onları təhqir edənlər isə Ermənistan hərbçiləridir.

Ter-Petrosyan: 'Azərbaycanla sülhə getməsək, yenidən dövlət qurmalı olacağıq'
Gözlə

No media source currently available

0:00 0:04:23 0:00

Ermənistandan “hərbi cinayət” ittihamı

Videoların dəqiq nə vaxt çəkildiyi qeyd edilmir, amma onların yeni olması, Azərbaycan-Ermənistan sərhədindəki son toqquşmalar ( 12-13 sentyabr) zamanı lentə alınması haqda ehtimallar səsləndirilir.

Artıq Ermənistanın Xarici İşlər Nazirliyi (XİN) oktyabrın 2-də Azərbaycan hərbçilərini hərbi cinayətdə ittiham edən bəyanat yayıb. Bəyanatda Azərbaycanın “açıq-aşkar hərbi cinayətləri”nə aydın qiymət verilməsi tələb edilir.

“Azərbaycanlı istifadəçilər tərəfindən ardıcıl olaraq sosial şəbəkələrdə yayılan bir sıra videoçarxlar Azərbaycan Silahlı Qüvvələrinin hərbi cinayətləri – erməni hərbi əsirlərin məhkəməsiz qətlə yetirilməsi, erməni hərbçilərin, o cümlədən qadınların işgəncələrə məruz qalması, cəsədlərin təhqir olunmasından xəbər verir", – Ermənistan XİN-in bəyanatda yazılıb.

Qurum bu hərəkətlərə dəqiq qiymət verilməsini, beynəlxalq təhqiqat aparılmasını, beynəlxalq ictimaiyyətdən Azərbaycana təzyiq göstərməyi tələb edir.

Azərbaycan XİN-in cavabı

Azərbaycanın Xarici İşlər Nazirliyi isə bu bəyanatı “onilliklər ərzində təcavüzkar siyasət yürüdən, bir milyona yaxın insanın fundamental hüquqlarını tapdalayan, hərbi və mülki şəxslərə qarşı çoxsaylı hərbi cinayətlər törədən bir ölkənin riyakarlığının nümunəsi" adlandırıb.

Nazirlik həmçinin bildirir ki, hələ sentyabrın 17-də Azərbaycanın Hərbi Prokurorluğu sosial şəbəkələrdə yayılan videoların həqiqi olub-olmaması, habelə videolardakı görüntülərin çəkildiyi zaman və məkan, ilə bağlı araşdırmalara başladığını bəyan edib.

Azərbaycan XİN də öz növbəsində Ermənistandan beynəlxalq öhdəliklərinə əməl etməyi və çoxsaylı hərbi cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin qanun qarşısında cavab verməsini tələb edir.

Ermənistan Xarici İşlər Nazirliyinin söz açdığı video görüntülərlə bağlı Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar da münasibət bildirib:

“Əgər videonun həqiqiliyi sübut olunarsa, bu, araşdırılası və günahkarları cəzalandırılası hərbi cinayətdir”, – Aİ-nin xüsusi nümayəndəsi vurğulayıb

Xatırlatma

Sentyabrın 12-13-də Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşma olub. Tərəflər bir- birini atəşkəsin pozulmasında ittiham edib. Azərbaycan 79, Ermənistan azı 207 hərbçisini itirdiyini açıqlayıb.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Laçın dəhlizinə və Qarabağda ermənilərin yaşadığı yerlərə Rusiya hərbçiləri yerləşdirilib. Tərəflər indiyədək sülh sazişi imzalamayıb.

2-ci Qarabağ müharibəsi vaxtı tərəflər bir-birini əsirlərlə pis rəftarda ittiham edib. O zaman Baş Prokurorluq bu cür əməllərdə əli olan şəxslərin məsuliyyətə cəlb olunacağını bəyan edib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG