Keçid linkləri

2026, 25 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 22:30
İran seçki
İran seçki

AzadlıqLive - Prezident tərəfdarları seçkini udur

Azərbaycanda və dünyada baş verən hadisələri burdan izləyin

15:04 26.2.2016

70 hakim uzaqlaşdırılıb

«Hüquq və azadlıqların məhkəmə təminatı ilə bağlı Ombudsman Aparatına 1982 müraciət daxil olub».

APA-nın xəbərinə görə, bu barədə Ombudsmanın illik hesabatında bildirilir.

Hesabatda deyilir ki, korrupsiya və başqa neqativ halların aradan qaldırılması üzrə Məhkəmə-Hüquq Şurasının həyata keçirdiyi tədbirlər çərçivəsində 200-dək hakim barədə intizam icraatı başlanılıb. Kobud qanun pozuntularına görə 70-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb.

15:25 26.2.2016

Wall Street-ə xəbərdarlıq

ABŞ hökuməti Wall Street-in əsas şirkətlərinə tövsiyə edib ki, Moskvaya sanksiyaların pozulmamasından ötrü Rusiyanın istiqraz satışına qatılmasınlar.

ABŞ Dövlət və Maliyyə Departamentləri belə bir xəbərdarlıqla 3 milyard dollarlıq istiqraz buraxılışından öncə çıxış edib. Bu, Krımı anneksiyaya görə Rusiyaya qoyulan sanksiyalardan sonra ilk belə addımdır.
Rusiya ABŞ-ın Goldman Sachs, JPMorgan və Morgan Stanley sərmayə şirkətlərini, eləcə də Avropa və Çin banklarını prosesdə iştiraka çağırıb.

ABŞ rəsmilərinin sözlərinə görə, Rusiyanın maliyyələşdirmə işinə hər hansı yardım ABŞ siyasətinə ziddir. Belə ki, bu vəsait sanksiya qoyulmuş müəssisələrə gedəcək.

Rusiya rəsmiləri bu bəyanatları ABŞ-ın “qorxması” kimi qələmə veriblər.

15:29 26.2.2016

Parlament 51, Hesablama Palatası 47 min manat qənaət edəcək

Parlament büdcədən onun üçün ayrılan vəsaitin 51 min manatına qənaət edəcək. APA-nın xəbərinə görə, parlament ezamiyyə, dəftərxana, təsərrüfat, mətbəə və nəqliyyat xərclərinin bir hissəsini ixtisar edəcək.

Milli Məclis 2016-cı ildə 22 milyon 694 min manat xərcləyəcək. Dövlət büdcəsində nəzərdə tutulan məbləğ isə 22 milyon 745 min manat idi.

16:11 26.2.2016

İranda seçkidir

Bu gün İranda 290 yerlik parlament və 88 yerlik Ekspertlər Məclisinə seçki keçirilir.

Bu məclis ali dini lideri təyin edə və ya uzaqlaşdıra bilər.

İran ötən il dünya gücləri ilə nüvə sazişi əldə edəndən sonra bu, ölkədə keçirilən ilk seçkidir.

Davamı

XS
SM
MD
LG