Keçid linkləri

Təcili xəbərlər
2023, 02 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 12:32

MM və Hesablama Palatası xərcləri azaldır


Milli Məclis

-

Parlament 51, Hesablama Palatası 47 min manat qənaət edəcək.

Ölkə parlamenti və Hesablama Palatası xərclərini qənaət məqsədilə azaldır.

Parlament büdcədən onun üçün ayrılan vəsaitin 51 min manatına qənaət edəcək. APA-nın xəbərinə görə, parlament ezamiyyə, dəftərxana, təsərrüfat, mətbəə və nəqliyyat xərclərinin bir hissəsini ixtisar edəcək.

Milli Məclis 2016-cı ildə 22 milyon 694 min manat xərcləyəcək. Dövlət büdcəsində nəzərdə tutulan məbləğ isə 22 milyon 745 min manat idi.

Hesablama Palatası da xərclərini azaldacaq. Palata 47 min manat qənaət edəcək.

Hesablama Palatası bir ilə 3 milyon 778 min manat xərcləyəcək. Dövlət büdcəsində təsdiqlənmiş məbləğ isə 3 milyon 825 min manat təşkil edirdi.

XS
SM
MD
LG