Bu günki AzadlıqLive-da:
İsmayıllı hadisələrinə görə yerli sakinlərdən kimlər həbsdədir? Bu işdə vəkil olmuş Nəvaid Abbasov deyir ki, 4 nəfərin həbsdə qalması ictimai fəal olmaları ilə bağlıdır
Nəvaid Abbasov
No media source currently available
Fevralın 25-də Xocalı faciəsinin 24-cü ildınümüdür. O hadisələrin şahidi olan ukraynalı pilot Leonid Kravets nə dedi?
Bakı-Sumqayıt yolu 30 illiyə tiilib, ancaq 5 ildə 5 dəfə təmirə dayanıb
Bakı-Sumqayıt yolu
No media source currently available
«ZƏRGƏR DƏQİQLİYİ» İLƏ KORRUPSİYA
«Bizim Yol» qəzetində isə «Meliorasiya və Su Təsərrüfatı» ASC-də 164 milyon manat dövlət vəsaitinin talandığı yazılır .
Məqalədə qeyd edilir ki, bu qurum dövlət vəsaitlərini hər il eyni şirkətlərə «zərgər dəqiqliyi» ilə ötürür.
«Bizim Yol»da yazılanlara görə, ASC-nin 23 qolundan biri ildə 33 milyon manatlıq avtomobil, inventar və maşın-mexanizm alır. «Bütün mənimsəmələr tender adı altında edilir və 6 rəqəmli məbləğləri əhatə edir»,-deyə məqalədə qeyd edilir.
Ölmüş vəkil təyin olunub
Meydan TV-nin direktoru Emin Millinin qaynı Nazim Ağabəyov həbs olunarkən xeyli əvvəl dünyasını dəyişmiş şəxs ona dövlət hesabına vəkil kimi təqdim edilib. Bu faktın üstü fevralın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində Nazim Ağabəyovun işi üzrə məhkəmə iclasında açılıb. Ağabəyovun vəkili Adil İsmayılov bunu sübut edən sənədləri, o cümlədən Vəkillər Kollegiyasının cavabını məhkəməyə təqdim edib.